Oct 31, 2020, 6:51 am
3 Users Online

Əbülfəz Qarayevi həbs etməyə hazırlaşırlar

Londonda Əbülfəz Qarayevə və həyat yoldaşına cinayət işi açıblar 

Əbülfəz Qarayev, Elçin Quliyev və onların həyat yoldaşları Böyük Britaniya Krallığına aid adalarda milyonlarla dollar pul yuyublar

Britaniyada məhkəmə Evening Standard qəzetinə adları çəkilməyən ər-arvad tərəfindən “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilmiş azı 14 milyon funt sterlinq (17 milyon dollar) pulla bağlı məhkəmə materiallarına giriş verib. Qəzet bu məhkəmə qərarını özü üçün “qismən qələbə” hesab edir. Hakim Emma Arbuthnot məxfi sənədlərə giriş verərkən deyib ki, qəzet “çox mühüm bir material” hazırlayır. Bu sənədlər məhkəməyə sözü gedən ər-arvada dair “çirkli pul” iddialarını araşdıran Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən təqdim olunub.

London cütlüyü

Xanım Arbuthnot-un sözlərinə görə, söhbət MCA-nin Londonda yaşayan cütlüyün dondurulmuş bank hesablarındakı vəsaitin beynəlxalq korrupsiyadan gəlməsinə və Beliz, Marşal və Seyşel adaları da daxil silsilə ofşor şirkətlər vasitəsilə yuyulmasına” dair iddialarından gedir. Hakim bildirib ki, “bu pulların “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemdən keçdiyini göstərən əlamətlər mövcuddur”.

Onun sözlərinə görə, bu sxemdən hakim elitanın Qərbdə daşınmaz və başqa əmlak alması üçün istifadə olunur. Məhkəmə sənədlərindən bəlli olur ki, bu təhqiqat çərçivəsində Danimarkadakı bank hesabları barədə informasiya üçün də sorğular verilib.

Time TV London məhkəməsində haqqlarında qərar çıxarılan şəxslər barədə dəqiqləşdirmə aparıb. Qərb dairələrindən bildirildiyinə görə, haqqlarında söhbət açılan cütlük Azərbaycanın artıq keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev və onun həyat yoldaşıdır. Əbülfəz Qarayevin ailəsi uzun müddətdir Londonda yaşayır. Luksemburgda və Böyük Britaniya Krallığına aid adalardakı ofşor şirkətlərdə Qarayevin və ailəsinin bank hesabları mövcuddur. 2015-ci ildə tək qızı – Suad Qrayeva iranlı iş adamı Şəhriyarla ailə qurduqdan sonra Qrayev Azərbaycandakı bütün sərvətini Birləşmiş Krallığa daşıyıb. Bu pulların idarəedilməsinə isə həyat yoldaşı nəzarət edib. Əbülfəz Qarayevlə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin həyat yoldaşı rəfiqə olduqlarına görə, Elçin Quliyev də pullarını onun vasitəsilə Londona daşıyıb. Ofşor şirkətlər vasitəsilə daşınan bu pullar Böyük Britaniya Krallığının hüquq mühafizə orqanlarının diqqətini çəkib. Onlar da bununla bağlı Azərbaycan hökumətinə sorğu göndəriblər. Əbülfəz Qarayev və Elçin Quliyev yanvarda göndərilən müraciətdə nəzərdə tutulan sualları cavablandıra bilməyiblər və nəticədə Əbülfəz Qarayevlə həyat yoldaşı barədə cinayət işi açılıb araşdırma aparılıb. Eyni zamanda Elçin Quliyevlə bağlı da cinayət işi açılıb və onun haqqında da məhkəmə qərarının veriləcəyi gözlənilir. Bu iki şəxsin rəhbərlik etdiyi qurumlarda Dövlət Təhlükəsizlik Xidmətinin qəfil yoxlama aparması və müavinlərini həbs etməsi əslində Londondakı cinayət işinə görədir. Azərbaycan hakimiyyəti bu şəxslərin Londona daşıdığı pulların qeyri-qanuni olduğunu, dövlət əmlakının mənimsənilməsilə əldə edildiyini sübut etməyə çalışaraq, həmin milyonları geri qaytarmağa çalışır. Həm da hakimiyyət bu kriminal pullarfda əli olmadığını isbatlamaq istəyir. Və bununla bağlı artıq Əbülfəz Qarayev və Elçin Quliyevin həbsinə razılıq verilib. Güman ki, vəziyyət bir az da dramatikləşsə, hər iki şəxs həbs ediləcək. 

Time TV

Leave a comment

Related Posts