May 26, 2020, 5:24 am
6 Users Online

Tofiq Yaqublu dərhal azad edilməlidir

Human Rights Watch təşkilatı Tofiq Yaqublu ilə bağlı xüsusi açıqlama yayıb 

Təşkilatın Avropa və Orta Asiya bölməsindən Catherine Pilishvili Yaqublunun məhz fəaliyyətinə görə həbs olunduğunu bildirir:
– “Hakimiyyət Yaqublunun həbsinə bəhanə tapmağa vaxt sərf etmədi, onu saxta “xuliqanlıq” ittihamı ilə saxladı. Hökumətləri həbs yerlərində saxlanılanların sayını azaltmağa, onlar barəsində alternativ həbs qətimkan tədbiri seçməyə, bununla da Covid-19-un yayılma riskini azaltmağa çağırırlar. Azərbaycan hakimiyyəti isə Yaqublunu Şüvəlandakı 3 saylı təcridxanada saxlayır. Bu təcridxana məhbus sayına, çirkli kameralarına, zəif işıqlandırma və ventilyasiya sistemlərinə görə tənqid olunur” – Pilishvili yazır.
O, Tofiq Yaqublunun ev dustaqlığına buraxılmadığımı, onun səhhətində problemlər olduğunu və buna görə da Covid-19-a yoluxma riskinin böyük olduğunu bildirir.
“Həm Avropa Şurası, həm də Birləşmiş Ştatlar Bakını Yaqublunu azad etməyə çağırıb. “Amnesty International” onu vicdan məhbusu elan edib. Azərbaycan hökuməti bu çağırışlara qulaq asmalı, Yaqublunu azad etməli, ona və digər tənqidçilərə qarşı xüsusilə pandemiya dövründə siyasi qisasçılığa son qoymalıdır” -bəyanatda qeyd edilir.
Çoxsaylı beynəlxalq təşkilatlar Tofiq Yaqublunun həbsini pisləyərək hakimiyyəti onu dərhal azad etməyə çağırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar hökuməti Azərbaycanda müxalifət lideri Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır.

Time TV 

Leave a comment

Related Posts