May 26, 2020, 6:15 am
3 Users Online

Usubovların ağlar qoyduğu Şəki

Kim daha dövlətlidir: Şəki xanı Çələbi Xan, yoxsa Rüstəm Usubovun əmisi oğlu!

Tanış olun, baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğlu, Şəkinin icrabaşı Elxan Usubov. Şəkini ağlar günə qoyan və bir həftə sonra 60 yaşı olacaq, 14 illik icrabaşının mənə bəlli olan varidatını paylaşıram ki, DTX təcili şəkildə ölçü götürsün, ona da yubiley hədiyyəsi olsun. Siz də maksimum paylaşın, mümkünsə:

▪️Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil
▪️Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil
▪️Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil
▪️Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi
▪️Şəkidəki süd zavodu
▪️Şəkidəki “Sünbül” çörəkbişirmə sexi
▪️Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” hoteli
▪️Şəkinin Kiş kəndindəki “Narınqala” hoteli
▪️Şəkinin Kiş kəndində “Şam bağı” hoteli
▪️Kiş kəndində “Cənnət bağı” hoteli
▪️Dağüstü park deyilən yerdəki “Panaroma” hoteli
▪️Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
Ağstafada bir malikanə
▪️Gürcüstanda böyük fındıq zavodu
▪️”CHEMİCO CO LTD” MMC şirkəti
▪️”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)

▪️Bunlardan əlavə siyahıya Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri də daxildir.
(Mənbə: Həbib Müntəzir)

Time TV

Leave a comment

Related Posts