Sep 23, 2020, 4:37 pm
7 Users Online

REAL-ın EMİN MİLLİYƏ TƏŞKİL ETDİYİ GİZLİ BAKI SƏFƏRİ

MEYDAN TV-nin yeni rəhbəri kim olacaq?

Realın qəmli vasitəçiliyi və optimist Emin Milli haqqında dumanlı xatirələr

Diqqətli azərbaycanlılar yəqin ki, Real-çıların bir il öncəki Brüssel avantürasını xatırlayırlar. 2019-cu ilin yazı, deyəsən, aprel ayı idi. Azərbaycan ictimaiyyətinə qəflətən məlum oldu ki, Real-çılar Avropaya gözlənilməz səfər ediblər. Və bu partiyanın təmsilçiləri artıq hər kəsə məlum olduğu kimi, Paşayevlərin göstərişilə Avropa Birliyinin paytaxtına gəlmişdilər. Onların Avropa Birliyində keçirdikləri görüşlər qalmaqallı nəticələr doğurmuşdu.

“QALMAQALLI NƏTİCƏLƏR”

Təbii ki, “Qalmaqallı nəticələr” öz-özünə doğmamışdı. Səfir Arif Məmmədov Brüsseldəki təsadüfi bir görüş zamanı öyrənmişdi ki, Real heyəti Avropa Birliyindəki görüşlərdə İlham Əliyevin Mehriban Əliyeva ilə birləşib necə ciddi demokratik islahatlar aparmağa həvəsli olduqları barədə xoş təəssüratlar dağıdırmışlar. İslahat nağıllarından bəhs edirlərmiş. Amma Realçılar bu xəbəri inadkarcasına süngü ilə qarşıladılar. İddia etdilər ki, onları bu səfərə AB tərəfindən rəsmən dəvət ediblər. Bu səfəri maliyyələşdirən Paşayevlər olmayıb. Dünyanın reallıqdan virtuallığa keçdiyi bir zamanda bu yalanın ömürü 24 saat da çəkmədi. AB sözçüsü meydana çıxıb dedi ki, biz Realçıları dəvət etməmişik. Onlar öz təşəbbüslərilə gələrək görüş istəyiblər biz də görüşmüşük.

EMİN MİLLİ VƏ MƏNFUR REJİM 

Realçıların Brüssel səfərindən əvvəl Meydan TV-nin o zamankı direktoru Emin Milli olduqca sərt inqilabi çağırışla Azərbaycan xalqına müraciət edirdi ki, bu məsələlər xalqın bir dəfə meydana çıxşması ilə həll olunmalıdır. Xalq yığışır və mənfur rejimi rədd edir. Deyəsən, həmin zamanlar bu reseptin üstündə köhnə saatsaz Nahid Cəfərovun da müəlliflik hüququ vardı. Amma Emin Milli də görkəmli inqilabçı qiyafəsində bu iddialarla zühur edirdi.

Millinin Əliyevdən üzürü

2019- cu ilin mayında, yəni, Realçıların Brüssel səfərindən bir az sonra Emin Milli qəfildən çönüb milli diktaturaya biət etdi. Sonra da bəyanladı ki, mən İlham Əliyevdən üzr istəyirəm. Əslində, Emin Milli İlham Əliyevdən üzr istəyəcək bir xətaya batmamışdı. Buna görə də bu üzrxahlıq təəccüblə qarşılandı. Olsun, hər halda… amma niyə olsun?
Çünki Realçılar Brüssel səfəri zamanı Emin Milli ilə mövqe sövdələşməsi aparmışdılar. Bu, ehtimaldırmı? Qoy, ehtimal olsun. Fakt budur ki, İlham Əliyevdən üzr istəyən Emin Mİlli aprelin sonunda Meydan tv-dən getdi. İlham Əliyevdən üzr istəyən Emin Milli bir ay sonra Bakıya gizli səfər edir. Ətrafından və cəmiyyətdən gizli Azərbaycana səfər edən Milli Realçı missiya ilə birlikdə Bakı görüşlərinə başlayır. Bu görüşlər zamanı söhbətin iki əsas mövzusu vardı:

1. Meydan TV-nin babat pul müqabilində Paşayevlərin layihələrindən birinə bağlanması üçün vasitəçilik;

2. Emin Millini Real heyətinin gözünə qatıb gözlənilən seçkilərdə ona da bir deputat mandatının verilməsi.

Bu görüşlərdə nədən danışılıb təbii ki, Emil Milli və Realçılar bilər. Məlum olan odur ki, bu məxfi Bakı görüşündən sonra Emin Milli Almaniyaya qayıtdı. Ordan üz tutdu Amerikaya və postmeydan dövrünün biznes perspektivləri üçün cizgilər cızdı.
Amma bu söhbət də alınmadı. Bəs niyə alınmadı?

Millini necə kənara atdılar?

Ona görə ki, Meydan tv-nin əcnəbi təsisçiləri Emin Millini layihənin mənəvi- hüquqi təyinatında dəyişikliklər barədə söhbələrə yaxın belə buraxmadan onu uzağa atdılar. Bununla da Azərbaycanda deputatlıq perspektivi kimi Amerikada biznesmenlik də batdı. Parlament seçkiləri zamanı cəmi 1 deputat mandatı alan Realçıların artıq Emin Milli adlı dərdləri – qayğıları yoxdur.
Meydan Tv üçün Milli keçilmiş mərhələdir.

Arzu Qeybulla
Arzu Qeybulla

Yeni mərhələdə Meydan TV-nin yeni direktoru qismində tamamilə yeni şəxsin adı hallanır və bu, xanım Arzu Qeybulladır.
Arzu xanım Qeybullaya uğurlar arzulayırıq və güman edirik ki, yaxın həftələr, ola bilsin, hətta 1-2 həftə sonra, o, Meydan Tv-nin direktoru kimi fəaliyyətə başlayacaq.
Cənab Milli isə qapanmış səhifədir və kimsə o səhifəni oxuyub kədərlənmək istəmir. Özü isə hazırda məhz bütün bunlara görə Almaniyada psixoloq yardımı alır, Almaniyada işsiz kimi rəsmi qeydiyyatda dayanır. Çünki Realçılar düz bir il öncə onun başına iş açdılar. Həm də uğursuz bir iş…

 

TİME TV

Leave a comment

Related Posts