May 26, 2020, 5:40 am
7 Users Online

AXCP SƏDRİNİN MÜHAFİZƏÇİSİNİ TERRORÇULUQDA İTTİHAM EDİRLƏR

34 GÜNDÜR HƏBSDƏ SAXLANILAN NİYAMƏDDİN ƏHMƏDOVA DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİNDƏ TERRORÇULUĞU MALİYYƏLƏŞDİRMƏ İTTİHAMI İLƏ CİNAYƏT İŞİ AÇIBLAR 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə ictimai əsaslarla mühafizəçilik edən Niyaməddin Əhmədov 15 aprel tarixində karantin rejimini pozmaq adıyla həbs edilərək 30 gün müddətinə inzibati həbsə məhkum edilmişdi. Lakin mayın 15-də – bir ayın tamamında əqidədaşları onu Binəqədi Təcridxanasının önündə gözləsələr də, onu azadlığa buraxmadılar. Və artıq belə bir fikir yarandı ki, Niyaməddin Əhmədova qarşı yeni cinayət işi açırlar. Çünki inzibati həbsdə olan müddətdə onun dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb işgəncələrə məruz qaldığı, Əli Kərimlinin əleyhinə ifadə alınmasına çalışıldığı bildirilmişdi. Bu gün isə ona Dövlət Təhlükəsizlik Xidməti tərəfindən terrorçuluğu maliyyələşdirmə adıyla cinayət işi açıblar. İttihamın əsas motivinin nə olduğu məlum deyil.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-1 maddəsilə açılan cinayət işi üzrə Niyaməddin Əhmədov 14 ilə qədər həbsə məhkum edilə bilər. Ehtimallara görə, bu günlərdə uşağını həkimə apararkən həbs edilmiş tanınmış idmançı Səid Bakuvini də bu iş üzrə ittiham etmək istəyirlər.  Görünən odur ki, Azərbaycan hakimiyyəti AXCP və Milli Şuranı müvaqimətini qırıb “konstruktiv müxalifət”ə çevirməyənə qədər həbs və təqiblərə davam edəcək.

Onu da bildirək ki, 19 oktyabr 2019-cu ildə Bakıda keçirilən aksiyada Əli Kərimlinin könüllü mühafizəsini Tofiq Yaqublu və Niyaməddin Əhmədov həyata keçirirdilər. Tofiq Yaqublu bir müddət əvvəl şərlənərək həbsə atılıb. İndi isə Niyaməddin Əhmədovu həbs etdilər. 

 

Time TV

Leave a comment

Related Posts