May 26, 2020, 5:10 am
4 Users Online

AŞPA Azərbaycan nümayəndə heyətini ələ saldı

Stefan Şennak: Onlar hamısı bir partiyanı təmsil edirlər


AŞPA da Azərbaycan üzrə məruzəçi, Avstriyadan olan deputat Stefan Şennak (Stefan Schennach) quruma təqdim olunan azərbaycanlı nümayəndə heyətinin təsdiqləndiyini deyib və bildirib ki,  AŞPA-ya müstəqil adıyla göndərilənlər də elə YAP-a aiddir. Yəni , artıq AŞPA Azərbaycan hakimiyyətinin nümayəndə heyətinə yeni qatdığı Real-çı Erkin Qədirlini də YAP-çı kimi qəbul edirlər. 

Stefan Şennak deyib: 
— “Mən Azərbaycandakı QHT-lərdən məktub alıram və onlar Azərbaycanın yeni nümayəndə heyətinin təsdiq olunub-olunmadığını soruşurlar. Bəli, təsdiq olunub. Amma heç bir iclas olmayıb, çünki sentyabra qədər plenar iclas olmayacaq.

Onlar bütün tələbləri qarşılayıblar, çünki nümayəndə heyətində fərqli siyasi partiyalardan həm kişlər, həm qadınlar var. Amma həmin digər partiyaların nə olduğunu bilirik. Onlar elə hamısı eyni partiyaya aiddir. Məni həm də hər zaman müstəqil namizədlər güldürür. Müstəqil namizədlər həmişə hakim partiya kimi səs verirlər.”
Mənbə:  https://www.amerikaninsesi.org/a/aşpa-məruzəçisi-müxalifətə-qarşı-təzyiq-çirkindir-/5421780.html 

Time TV

Leave a comment

Related Posts