May 26, 2020, 6:43 am
5 Users Online

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

Azərbaycan hökuməti şikayətçilərə 14100 avro ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 14-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

https://hudoc.echr.coe.int/eng?i=001-202519#%7B%22itemid%22:%5B%22001-202519%22%5D%7D

Qərara bağlanan şikayətlərdən biri tanınmış jurnalist Sevinc Vaqif qızı Abbasovanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır. Bu ərizə kommunikasiya edilərkən, hökumət iddia olunan pozuntuları (hərəkət azadlığı və Konvensiyanın 13-cü maddəsi) etiraf edib. Oxşar örnəklərə əsaslanıb ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu ifadə edən hökumət Məhkəmədən işin siyahıdan çıxarılmasını xahiş edib. AİHM hökumətin təklifini əsaslı sayıb və ərizənin baıxlacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Hökumət bu işdə jurnalistə 5 min avro təzminat ödəyəcək.

Georgi Nikolaevin işində də AİHM eyni nəticəyə gəlib – ərizəçiyə 5 min avro təzminat ödəniləcək.

Digər qərar Azərbaycan vətəndaşı Xeyrulla Ağayevin ərizəsi üzrədir. X.Ağayev təxminən 10 il əvvəl küçə yürüşündə saxlanılıb. Ardınca ona icazəsiz yürüşə qatılmağa və polisin qanuni tələblərinə əməl etməməyə görə 7 sutka inzibati həbs cəzası verilib. Bu işdə ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozunlduğunu iddia edib.

AİHM bu işdə 6-cı maddənin pozuntusunu tanıdı. Hökumət ərizəçiyə 4100 avro təzminat ödəməlidir. 

Time TV

Leave a comment

Related Posts