Jul 8, 2020, 4:28 am
4 Users Online

İran Arazboyu PKK və PYD-dən ibarət bufer zona yaradır

Azərbaycan hakimiyyəti seperatçı rejimin inkişafı, Güney və Quzey Azərbaycanın əbədi ayrı qalması üçün İran, Rusiya və Ermənistana bütün şəraiti yaradıb 

Bu günlərdə məlum oldu ki, Azərbaycan hökuməti 2016-cı ildə İrana Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonu ərazisində – Araz çayı üzərində körpü tikməyə və su elektrik stansiyası yaratmağa rəsmi olaraq icazə verib. Nəticədə Cəbrayıl rayonunun 4 kəndi faktiki olaraq su altında qalıb. Eyni zamanda seperatçı Qarabağ rejiminin iqtisadi inkişafı üçün yeni imkanlar yaradılıb. İndi isə bəlli olur ki, İran bölgədə ermənilərə təkcə nəfəslik yaratmaqla kifayətlənmir. Eyni zamanda iki Azərbaycanın – Güney və Quzey Azərbaycanın birləşməməsi üçün ciddi şəkildə çalışır. İranın Arazboyu ərazilərində yeni yaşayış massivləri salınır. 

Belə ki, İran ölkənin ərəb yarımadası ilə həmsərhəd bölgələrdə yaşayan və həmişə başağrısı olan problemli PKK simpartizanlarını ailələrilə tayfa halında Urmiyadan keçməklə Araz vadisinə – Azərbaycan dövlətinin işğal olunmuş Cəbrayıl, Zəngilanla həmsərhəd olan bölgəsinə məskunlaşdırır. Həmin ərazidə yeni yaşayış məskənləri salırlar. Kəndlərin mühafizəsi və idarə edilməsi PKK simpartizanlarına tapşırılır. Bu da gələcəkdə Azərbaycan dövləti üçun heç də yaxşı gələcək vəd etmir.

Ərazidə qurulmuş su bəndlərinin belə muhəndislik baxımından duzgun yerdə seçilməməsi şübhələr yaradır. İranın bu lahiyədə ciddi maraqları var.  Biz hələ dəqiq deyə bilmərik ki, ərazidə tikinti aparılarkən gələcəyə yönəlik daha hansı çirkli planlar qurulub. Çünki İranın təhlükəsizlik orqanı olan SEPAH-ın Devrim Muhafizlərinə aid şirkəti lahiyədə iştirak edib. Məlum bölgənin işğalı səbəbilə heç bir beynəlxalq qurumun həmin əraziyə nəzarət etməməsi isə hazırda separatçı rejimə imkan verir ki, qaçaqmalçılıqdan  küllu miqdarda vəsait qazansın. Bu Dağlıq Qarabağ rejiminin özünu ayaq ustə saxlamasına imkan verir.

Eyni zamanda ərazidə Suriyadan, İraqdan və digər yerlərdən ermənilərin işğal edilmiş bölgələrə köçü davam edir və körpü bu imkanları daha da artırr. Həmçinin bu, İran dövlətinin iqtisadi maraqlarını da təmir edir. Onlar embarqo üzündən sata bilmədikləri neft məhsullarını, narkotik ticarətini rahat şəkildə dunya bazarına nəzarətsiz ərazidən çıxara bilirlər.

Bu muqaviləyə imzanı Azərbaycan hökuməti adından keçmiş iqtisadi inkişaf naziri, hazırda baş nazirin müavini olan Şahin Mustafayev atıb. Lakin onu Azərbaycan Milli Məclisi təsdiq edib və ölkə prezidenti İlham Əliyev imzalamaqla bütun huquqi məsuliyyəti öz üzərinə götürüb. İran isə burda öz mənfəətini təmin edir. Vaxtilə Heydər Əliyevim bu muqaviləyə qol çəkməməsi onun ən azı dövlət başçısı kimi öz nüfuzunu qoruduğunu ortaya qoyur. Lakin İlham Əliyevin bunu təsdiqləməsi, eyni zamanda İranla daim əməkdaşlıq şəraitində olan Rusiyanın da maraqlarına cavab verir. Azərbaycan hakimiyyəti isə öz ərazilərini iki dövlətin maraqları üçün poliqona çevirməklə faktiki Rusiya və İran hakimiyyətlərinin maraqlını təmin edib. Və Azərbaycanın indiki hakimiyyəti faktiki olaraq, Türkmənçay müqaviləsi boyda bir xəyanət sazişinə imza atıb. Parçalanmış Azərbaycanın əbədi olaraq birləşə bilməməsi üçün Rusiya, İran və Ermənistana tam sərbəst imkan yaradıb.

Və bütün bunlardan sonra YAP-çı millət vəkili Əli Hüseynov həyasızcasına açıqlama verərək bu layihəni xüsusi dəyərləndirir. İddia edir ki, guya bundan Azərbaycanın düşmənləri narahat olur. Bu məqamda bəlli olmur ki, Əli Hüseynlinin düşüncə səviyyəsi bu qədərdi, yoxsa o da nə baş verdiyini anladığı halda ictimaiyyəti çaşdırmağa çalışır. 

TİME TV

Leave a comment

Related Posts