May 26, 2020, 6:45 am
4 Users Online

Prezidentlə vitse-prezidentin sözü düz gəlmir

Biri 3 milyard deyir, o biri 2,5 milyard 

Mehriban Əliyeva 3 milyard manatdan çox, İlham Əliyev 3,5 milyard manatlıq dəstək proqramından danışır

Mənim hesablamalarıma görə biznesə və əhaliyə sosial yardım məqsədilə 365,93 milyon manat, tibbi avadanlıq və ləvazimatların alınmasına isə 250 milyon manat xərclənir.

Mehriban Əliyeva bu gün xalq müraciət edib. Müraciətdə diqqətimi cəlb edən məsələlərdən biri də onun kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçiriməsi ilə bağlı açıqlamasıdır. Elə həmin gün modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirakı zaman çıxış edən İlham Əliyev deyib ki, insanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Sizcə, kim haqlıdır, nə qədər vəsait ayrılıb – 3 milyard manatdan çox, yoxsa 3,5 milyard manat?
Birincisi, olmazmı ki, bu çıxışları yazanlar rəqəmləri uzlaşdırsınlar, hər ikisi eyni rəqəm ifadə etsin?
İkincisi, mənim hesablamalarıma görə kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə nəinki 3 milyard manat çox, heç 0,5 milyard manata qədər də vəsait çatmayıb.
Mən bildiklərimi burda yazıram.
1) 600 min işsizə 190 manatdan ayda 114 milyon manat, 2 ayda isə 228 milyon manat edir.
2) İqtisadiyyat Nazirliyinin 5 may 2020-ci ilə olan açıqlamasına görə
2.1.) Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində təsdiq edilmiş müraciətlər üzrə vergi ödəyicilərinə maliyyə dəstəyi 86.36 milyon manat;
2.2.) Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyi 51,57 milyon manat.
Cəmi: 1) + 2) = 365,93 milyon manat.
Kiçik və orta sahibkarlığa olmasa da prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıb, İlham Əliyev deyib ki, bu, birinci tranşdır, əlavə 150 milyon manat artıq hazır vəziyyətdədir. Hətta bu 250 milyon manatı da əlavə etsək cəmi məbləğ 615,93 milyon manat edir.
Görəsən, ayrılan 3 və ya 3,5 milyard manat vəsait hara xərclənib, bələ öz şirkətlərinə və banklarına ayırıblar?!

 Professor Qubad İbadoğlu

Leave a comment

Related Posts