May 26, 2020, 6:45 am
4 Users Online

Anar Alizadə TİME TV-ni dağıtmaq istəyir

Elektron Təhlükəsizlik Xidməti Anar Alizadədən rüşvət, yoxsa tapşırıq alıb? 

Saytımız davamlı olaraq kibet hücuma məruz qalır

İki gündür ki, timetv.live saytında yeniləmə işləri aparmaq üçün ciddi problemlə üz-üzəyik. Səbəb saytımızda Azərbaycan neftindən gələn gəlirləri öz şəxsi hesablarına köçürən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, Union Grand Energy Şirkətinin rəhbəri Anar Alizada və ya Əlizadənin saytımıza davamlı hücumlar təşkil etdirmələrilə bağlıdır. Sayta gah ABŞ-dan, gah da Singapurdan hücumlar edilir. Bu hücumların qarşısını almaq üçün internet resurslarının mühafizə şirkəti ciddi olaraq çalışmalar aparır.

Bundan əlavə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəhbərliyi Anar Alizadədən aldıqları təlimata uyğun olaraq saytımıza Azərbaycan Respublikası ərazisində girişi məhdudlaşdırıb.

Biz TİME TV olaraq, adıçəkilən quruma çox nəzakətli bir məktub yazaraq sual etmişik ki, axı biz saytda İlham Əliyev, Mehriban Əliyeva haqqında yox, Anar Alizadə haqqında yazmışıq. Anar Alizadə Azərbaycanda heç bir dövlət vəzifəsi tutmur. Dövləti təmsil etmir. Sayta haqqında yazılanları təkzib etmək üçün heç bir müraciət belə göndərməyib. Elektron Təhlükəsizlik Xidməti bu məktuba cavab verməyib. Bu da onu təsdiqləyir ki, Elektron Təhlükəsizlik Xidmətinin rəhbərliyi Anar Alizadədən pul və ya tapşırıq alaraq TİME TV-nin Azərbaycanda girişini bloklayıb ki, insanlar həqiqətlərdən xəbər tuta bilməsin. Bu üzdən də biz məcbur qalaraq məqalələri sosial şəbəkədə açıq halda paylaşırıq.

Eyni zamanda bu məqalələri ingilis dilində də yayırıq ki, Anar Alizadənin iş gördüyü xarici ölkələrdə onun nə qədər çirkin bir işlərlə məşğul olduğunu görsünlər. 

Biz TİME TV olaraq Rövnəq Abdullayev və Anar Alizadənin, SOCAR rəhbərliyinin azad mediaya bu basqısını qəti şəkildə pisləyir və bildiririk ki, onlar bizim apardığımız araşdırmaları dayandıra bilməyəcəklər. 

TİME TV MEDİA QRUP  

Leave a comment

Related Posts