May 6, 2021, 10:06 pm
4 Users Online

Anar Əlizadənin “SOCAR Türkiyə”də oyunları

AZƏRBAYCAN NEFT VƏ QAZINDAN GƏLƏN YÜZ MİLYONLARI TALAMAQ ÜÇÜN QURULAN MÜRƏKKƏB MEXANİZMİN SİRRİ

ANAR ALİZADƏNİN 1 İLDƏ ƏLDƏ ETDİYİ GƏLİRİN MƏBLƏĞİ YÜZ MİLYONLARLA DOLLARDIR 

Azərbaycan neftindən əldə edilən gəlirləri ölkəyə daxil olmadan mənimsəmək üçün Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev yaxınlarından ibarət xüsusi bir şəbəkə yaradıb. Bu şəbəkə mürəkkəb bir sxemlə Azərbaycan neft və qazının satışından əldə edilən yüz milyonlarla dollar vəsaiti özününküləşdirirlər. Dünyanın ən müxtəlif ofşor zonalarında hesablar açaraq Azərbaycan neftindən və qazından əldə edilən pulları şəxsi bizneslərindən əldə edilən gəlir kimi sənədləşdiriblər. Söhbət 5, 10, 100 milyondan yox, yüz milyonlarla dollardan gedir. Məsələn, Anar Alizadənin bir ildə rəsmi kapitalı 300 milyon dollardan çox artıb. Bəs Anar Alizadə Rövnəq Abdullayevin dayısı oğlu olmaqdan başqa hansı xüsusi əqli keyfiyyətə malikdir ki, bir ildə gəliri yüz milyonlarla artıra bilir? 

ANAR ALİZADƏNİN TÜRKİYƏ FIRILDAQLARI 

Əvvəlki yazılarımızda Anar Əlizadənin Mübariz Mənsimova məxsus şirkətləri müsadirə əməliyyatları haqqında yazaraq Mübariz Mənsimova qarşı ifadə verən şəxslərlə Anar Əlizadənin biznes əlaqələrini üzə çıxarmışdıq. Bu yazımızda isə Anar Əlizadənin SOCAR-ın Türkiyədə qurduğu şirkətlərlə ortaqlıqları və SOCAR-dan qazandığı milyonlar haqqında ətraflı məlumat verəcəyik.

ANAR ALİZADƏNİN BİZNES SXEMİ
ANAR ALİZADƏNİN BİZNES SXEMİ

Öncə qeyd edək ki, Global Witness təşkilatının 2013-cü ildə yayınladığı hesabatda o vaxta qədər işgüzar çevrələrdə tanınmayan Anar Əlizadənin milyardlıq biznes şəbəkəsi üzə çıxarılmış, Anar Əlizadənin SOCAR ilə şübhəli biznes ortaqlıqlarından külli miqdarda vəsait əldə etdiyi məlum olmuşdur. Anar Əlizadə təkcə Supra Holding Limited şirkətindəki 40%-lik payın satışından 103 milyon dollar əldə etmişdir.

https://www.rns-pdf.londonstockexchange.com/rns/9123H_-2015-3-19.pdf

https://cdn.globalwitness.org/archive/files/library/azerbaijan_anonymous_lr_0.pdf

DUBAYDAN AMSTERDAMA UZANAN FIRILDAQ ŞƏBƏKƏSİ 

Niderlandın biznes reyestr məlumatlarına görə, 25 avqust 2009-cu il tarixində Amsterdamda Heritage-UGE Coöperatief U.A. (yeni adı: Eventus-UGE Coöperatief U.A.) şirkəti təsis edilib. Şirkətin təsisçisi mərkəzi Dubayın azad ticarət zonasında yerləşən Heritage General Trading FZE (yeni adı: Eventus General Trading FZE) şirkətidir ki, bu da Anar Əlizadəyə məxsusdur. Qeyd edək ki, Heritage General Trading FZE şirkəti eyni zamanda Supra Holding Limited şirkətinin təsisçilərindən biridir. Eventus-UGE Coöperatief U.A. şirkəti SOCAR ilə birlikdə Niderlandda 5 şirkətin təsisçisidir. Bu şirkətlərdə Anar Əlizadənin payı aşağıdakı kimidir.

Agena Petroleum Holding B.V. şirkəti 23 fevral 2011-ci ildə Eventus-UGE Coöperatief U.A.Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis olunub. Coöperatief Menkent U.A. şirkətinin səhmləri SOCAR-ın nəzarətindədir.
Türkiyə biznes reyestr məlumatlarına görə, 5 dekabr 2011-ci ildə təsis edilən SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. ortaqları arasında Agena Petroleum Holding B.V. 70% paya malikdir. Anar Əliyev və ya soyadını gah Əlizadə, yaxud da Alizadə kimi təqdim edən şəxsin adı Agena Petroleum Holding B.V. şirkətini təmsilən müşahidə şurasının üzvləri arasında qeyd olunub.

SOCAR TÜRKİYƏ ƏMƏLİYYATI 

SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. nəzdində Türkiyədə yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. 19 aprel 2017-ci ildə Agena Petroleum Holding B.V. SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 70% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır. Qeyd edək ki, 2013-cü ilin aprel ayında SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. tərəfindən SOCAR Turkey LNG Satış A.Ş. və Azoil Petrolcülük A.Ş. şirkətləri təsis edilib.

14 mart 2011-ci ildə Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis edilən SOCAR Gas B.V. şirkəti isə Türkiyədə Azərbaycan qazının satışını həyata keçirən SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətinin təsisçisidir.

Belə ki, 11 sentyabr 2011-ci ildə SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkəti təsis edilmişdir. Bu şirkətdə SOCAR Gas B.V. 78.5% paya malik idi. 28.08.2017 tarixində SOCAR Gas B.V. SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 78.5% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.
27 iyul 2011-ci ildə Amsterdamda Eventus-UGE Coöperatief U.A.Coöperatief Menkent U.A. ortaqlığı ilə yeni bir şirkət – SOCAR Electric B.V. (yeni adı: Eventus Energy B.V.) təsis edilib. Türkiyə biznes reyestr məlumatlarına görə, SOCAR Electric B.V. 2 sentyabr 2011-ci ildə təsis edilən SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində 75% paya malik olmuşdur. SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində SOCAR Electric B.V.-nin partnyoru isə hal-hazırda FETO terror qruplaşmasına üzv olduğuna görə beynəlxalq axtarışda olan Enver Taner Baltacının sahib olduğu Lotus Müteahhitlik şirkətidir. Enver Taner Baltacının SOCAR Power Enerji Yatırımları A.Ş.-də ümumi payı 24.46 % olmuşdur. 17 iyul 2013-cü ildə SOCAR Electric B.V. bu şirkətdə payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.

https://www.ogunhaber.com/genel/feto-operasyonu-azerbaycan-da-devam-edecek-574546h.html

https://www.sabah.com.tr/guney/2017/08/24/fetonun-enerji-sevdasi

Anar Əlizadənin bu satışlardan nə qədər vəsait əldə etdiği biznes reyestr məlumatlarında qeyd olunmayıb. Ancaq Sinqapur biznes reyestr məlumatlarına görə, Eventus-UGE Coöperatief U.A. və Eventus General Trading FZE şirkətlərinin təsisçisi olan Union Grand Energy PTE ltd. şirkətinin 2017-ci ildə aktivləri 492 milyon dollar, 2018-ci ildə isə 591 milyon dollar olmuşdur.
Qeyd edək ki, Anar Əlizadənin sahib olduğu Union Grand Energy PTE Ltd.şirkətinə daxil olan şirkətlərlə bağlı araşdırmalarımız davam edəcək.

TIME TV ANALITIK QRUPU

Leave a comment

Related Posts