Categories
Uncategorized

Zakir Qaralov yola salınır

Yeni baş Prokuror Kamran Əliyev olacaq

Adı külli miqdarda dələduzluqda hallananan Zakir Qaralovun isə son mənzilinin ünvanı hələ ki, məlum deyil 

20 ildir ki, Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsini tutan Zakir Qaralov bu günlərdə vəzifəsilə vidalaşacaq. Artıq onun yerinə yeni namizəd də irəli sürülüb.

Belə ki, “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub. Prezidentin göndərdiyi təqdimata əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb. Məsələ bu günlərdə parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində müzakirəyə çıxarılacaq. Hazırda Azərbaycanın Baş prokuroru vəzifəsini tutan Zakir Qaralov 25 aprel 2000-ci il tarixdə təyinat alıb. 20 ildir ki, baş prokuror işləyən Zakir Qaralovun adı son zamanlar Rusiya mətbuatında Akkord Şirkətlər Qrupunun Rusiya rəhbəri İlqar Hacıyevlə dələduzluqda hallandırılırdı. Baş Prokurora məxsus şirkət Rusiya Federasiyası vətəndaşlarına qarşı bir milyard dollara yaxın saxtakarlıq edib. İlqar Hacıyev hazırda Almaniyadadır. Qaralov isə bu prosesdə adını təmizə çıxartmaq üçün son zamanlar nəzarətində olan mediada İlqar Hacıyevin aldadıldığı barədə məqalələr dərc etdirirdi. 

Time TV

Leave a Reply

Your email address will not be published.