Oct 20, 2020, 6:58 am
5 Users Online

Azərbaycanlı ailənin qaçqın statusu ləğv edilib

Koronavirus qaydalarının ləğvindən sonra onlar Azərbaycana deport ediləcəklər 

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) iddiası ilə ilk məhkəmə prosesi Bonn şəhər İdarə Məhkəməsində keçirilib. 2015-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 5 nəfərdən ibarət azərbaycanlı ailəyə verilmiş qaçqın statusu ləğv edilib.

BAMF azərbaycanlı ailə ilə bağlı verdiyi qərarda göstərib ki, sığınacaq ərizəsində qeyd edilən sübutlar həqiqəti əks etdirmir. Məhkəmə araşdırması zamanı məlum olub ki, Almaniyaya gəlməmişdən qabaq Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmayıb, təzyiq və təqibə məruz qalmayıblar.

Onlar Almaniyaya gələndən sonra guya təzyiq və təqib olunmaları ilə bağlı saxta sənədləri hazırda “mühacir alveri” işi ilə bağlı saxlanılan Azərbaycan vətəndaşından pul qarşılığında alıblar.

Federal məhkəmə təqdim olunan bütün sənədləri araşdırdıqdan sonra yekun qərar olaraq azərbaycanlı ailənin qaçqın statusunun ləğvi və ölkədən çıxarılması ilə bağlı qərar verib.

Almaniya koronavirus pandemiyası səbəbindən sığınacaq axtranların deportasiyası ilə bağlı prosedurları həyata keçirə bilmədiyindən, azərbaycanlı ailənin ölkədən çıxarılaması qeyri-müəyyən vaxta təxirə salınıb.

Time TV

Leave a comment

Related Posts