Categories
Uncategorized

MÜBARİZ MƏNSİMOVA XƏYANƏTİN MÜKAFATI – II

SOCAR MAFIYASI OFŞORDAKI HESABLARA YÜZ MİLYONLARLA DOLLAR NEFT PULLARINI KÖÇÜRÜBLƏR

AZƏRBAYCANIN NEFT PULLARI HARDA VƏ HANSI HESABLARDA SAXLANILIR?

Dövlət Neft Şirkətinin rəhbərliyi ciddi cəhdlə sübut etməyə çalışır ki, guya, onlar Palmali şirkətlər qrupunun təsisçisi Mübariz Mənsimovun həbsində əlləri olmayıb. Halbuki bütün yollar sifarişçilərinin məhz Rövnəq Abdullayevin və onun dayısı oğlu Anar Əlizadənin olduğunu təsdiqləyir. Biz bunları faktlarla, sübutlarla ortaya qoyuruq. Məhz buna görə də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kiber cinayətkarlıqla məşğul olaraq timetv.live saytının bloklayıblar. Buna baxmayaraq, biz məqalə və araşdırmaları davam etdiririk və sosial şəbəkə üzərindən də bunları açıq yayırıq. 

Mübariz Mənsimova qarşı ifadə verənlərin SOCAR ilə əlaqələri üzə çıxdı. Məlum olduğu kimi, martın 15-də Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbul Baş Polis İdarəsinin Maliyyə Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin apardığı istintaq tədbirləri nəticəsində saxlanılmış, martın 17-də isə FETO silahlı terror təşkilatına üzv olmaqda təqsirli bilinərək İstanbul məhkəməsinin qərarı ilə həbs edilmişdir. Mübariz Mənsimov barəsində istintaq prosesinə keçmiş işçilərinin ifadələri əsasında başlanıldığı xəbər verilir. 2016-cı ildə Palmalidən qovulan bu işçilərin ifadələrində Mübariz Mənsimovun FETO terror qruplaşmasının üzvləri Akın İpek, Suat Yıldırım, Ahmet Hamdi Vural, İhsan Kalkavan ilə yaxın əlaqələri olduğu iddia edilir.

https://www.istanbulhaber.com.tr/mubariz-mansimov-gurbanoglunun-gozaltina-alinmasinin-detaylari-ortaya-cikmaya–haber-1461740.htm

Qeyd edək ki, Mübariz Mənsimov haqqında 2017-ci ildə Mustafa Topaz adlı şəxsin şikayəti  əsasında Fəthullah Gülən qruplaşması ilə bağlı istintaq aparılmış, ancaq iddialar təsdiqini  apmadığına görə 2019-cu ildə istintaq dayandırılmışdır.

http://www.patronlardunyasi.com/images/image/mans3.jpg

Keçən yazımızda Mübariz Mənsimovun həbsdən göndərdiyi məktublarda adları qeyd olunan, Mənsimova qarşı istintaqa ifadə verənlərdən biri olan Ali Kemal Çelikten adlı keçmiş Palmali işçisinin Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadə və onun işçisi İlham Qədimzadə ilə biznes əlaqələri haqqında yazmı və sənəd-sübutları oxucularla paylaşmışdıq.

https://www.timetv.live/2020/04/25/mubariz-m%c9%99nsimova-x%c9%99yan%c9%99tin-mukafati/

Bu yazımızda isə Mübariz Mənsimov əleyhinə istintaqa ifadə verən digər 3 şəxsin Palmalidən qovulduqdan sonra SOCAR və Anar Əlizadə sayəsində ifrat varlanması haqqında yazacağıq.
Mübariz Mənsimov martın 20-də həbsxanadan göndərdiyi məktubda həbsinin səbəbləri haqqında bunları yazırdı:
”Mənimlə bağlı həbs sifarişi SOCAR, Rövnəq Abdullayev, Anar Əlizadə və Azərbaycanın daxilində bəzi şəxslərin dəstəyi ilə edilir. SOCAR-ın prezidenti və Anar Əlizadə adında qohumu mənim 4 keçmiş saxtakar işçim- Alaattin Aykaç, Fatih Berber, Mehmet Ercil və Ali Kemal Çeliktenə rüşvət verərək haqqımda yalan və böhtan dolu ifadələr verdiriblər. Çünki Londondakı milyard dollarlıq məhkəməni uduzacaqlarını yaxşı bilirlər. Bu yolu seçən saxtakarlar, təəssüf ki, Türkiyədə hüququ ayaqlar altına alıblar. Bu 4 saxtakara mənim illər əvvəl başlatdığım məhkəmə prosesi hələ də davam edir. Ağır cinayətlər üzrə məhkəmədə mütəşəkkil dələduzluqdan mühakimə olunurlar.

Mehmet Ercil
Mehmet Ercil

Məhkəmə işi bu qədər vaxtdır davam edir, niyə indi bu saxtakarlığı edib böhtan atmağa çalışırlar? Bu 4 nəfər ilə məhkəmə işinə görə aramızda düşmənçilik varkən, mənim haqqında həbs qərarı verən məhkəməyə bunları deməyimə rağmən, niyə nəzərə alınmır? Bu 4 şəxs, qarşı tərəf ilə əlbir olub saxtakarlıq edərək yaxta limanını dəyərindən çox aşağı qiymətə satıblar. Buna görə də havadarları ilə birlikdə məhkəmədə mühakimə olunurlar. Bunlar yalan və soyğunçuluq deyil? Bunlar yalan və böhtanlarında keçmiş nazirlərdən M.A.-nı (1996-cı ildə Türkiyənin ədliyyə və daxili işlər naziri vəzifəsini icra edən Mehmet Ağar nəzərdə tutulur) SOCAR və başqa bir qurumla maliyyələşdirib bərabər hərəkət ediblər, prokuror və hakimlərə rüşvət veriblər”.

Mübariz Mənsimov martın 30-da Azərbaycan Prezidentinə yazdığı məktubda isə həbs edilməsi haqqında bunları yazırdı: “Mənim hazırkı durumda olmağımın səbəbkarları, bu cəfəngiyyatları mənə qarşı quraşdıranlar bilirəm ki, Rövnəq Abdullayev, onun dayısının oğlu Anar Əliyev (Əlizadə), Türkiyədən bir iş adamı (Mehmet Ağar nəzərdə tutulur) və Alaattin Aykaçla birlikdə mənim üç keçmiş işçimdir. Onlar gedib, mənim haqqımda yalan, əsassız ifadələr veriblər.”

https://www.meydan.tv/az/article/mubariz-mensimov-ilham-eliyeve-mektub-yazdi/

Qeyd edək ki, Mübariz Mənsimov həbsindən əvvəl fevral ayında facebook hesabından yayınladığı postda da Rövnəq Abdullayev və Anar Əliyevi ona qarşı saxta məhkəmə prosesi başlatmaqda ittiham etmişdi:
“Sona qədər sizinlə savaşacam və sizin bütün kirli işlərinizi ifşa edəcəm. Mənə qarşı qurduğunuz plan sonunuz olacaq Rövnəq və Anar əfəndilər. Hər şey hüquq çərçivəsində sizə sübut olunacaq.”

Mübariz Mənsimovun məktublarında adı qeyd olunan Anar Əliyevin Palmali Holdinqə məxsus əmlakları bir-bir müsadirə etməsi haqqında əvvəlki yazılarımızda ətraflı məlumat vermişik.

https://www.timetv.live/2020/04/20/socarin-qara-qutusu-anar-%c9%99lizad%c9%99nin-milyardliq-s%c9%99b%c9%99k%c9%99si/

https://www.timetv.live/2020/04/19/rovn%c9%99q-abdullayevin-n%c9%99sli-palmalinin-s%c9%99rv%c9%99tini-nec%c9%99-talayir/

Ancaq Anar Əliyevin SOCAR-dakı soyğunçuluqları haqqında o qədər material var ki, onları bir məqaləyə sığdırmaq mümkün deyil. Yəqin ki, Anar Əliyevin talanları barədə onlarla məqalə yayınlamalı olacağıq. Araşdırmalarımızdan belə qənaətə gəlmişik ki, Anar Əliyevin sərvəti Dövlət Neft Fondunun aktivlərini keçmək üzrədir. Mübariz Mənsimova qarşı ifadə verənlərdən biri də, 2008-2016-cı illərdə Palmali Şirkətlər Qrupunda baş direktor (CEO) vəzifəsində işləmiş, 2016-cı ildə Mübarizə Mənsimova qarşı dələduzluq etdiyi üzə çıxan Alaattin Aykaçdır.

Alattin Aykaç
Alaattin Aykaç

Mübariz Mənsimov Alaattin Aykaç haqqında London, Malta ve İstanbuldakı məhkəmələrdə 5 iddia qaldıraraq onun adına registrasiya olunan mülklərin və şirkətlərin geri qaytarılmasını tələb edib.

https://www.haberturk.com/ekonomi/para/haber/1317630-palmali-gruptan-eski-ceosu-alaattin-aykaca-zimmet-suclamasi

İstanbul Ticarət Palatasının reyestr məlumatlarına görə, Alaattin Aykaç hələ də Palmali Holdinqə məxsus 2 şirkətə nəzarət edir. Pal Petrol Ürünleri Ticaret Sanayi Limited- 55% pay Pal Lojistik Ve Taşımacılık Hizmetleri Limited-60% pay

Maltanın biznes reyestr məlumatlarına görə isə, Alaattin Aykaç Maltada 4 şirkətə sahibdir.
SOCAR Vetting Company Limited
Paltrans Holding Company Limited
Stork Alliance Holding Limited
Stork Alliance Trading Limited

https://offshoreleaks.icij.org/nodes/55043237

Bundan əlavə, Alaattin Aykaçın adına Serbiya, Panama, Dubay və Vircin adalarında
onlarla şirkət qeydiyyatdadır. Alaattin Aykaç 2016-2019-cu illərdə Türkiyə Futbol Federasiyasında müşahidə şurasının üzvü postunu tutub. Türkiyənin ən məşhur media qurumlarından biri olan Hürriyet Media Qrupunun 2018-ci ildə Demirören Holdinqə satışından sonra bu qurumda müşahidə şurasının üzvü vəzifəsində işləyir. Hal-hazırda Türkiyənin Demirören (Hürriyet) media qrupu Alaattin Aykaçın nəzarətindədir. Ona görə də “Hürriyet” media qrupunun Mübariz Mənsimovun həbsinə susqunluğu təəccüblü deyil. Mübariz Mənsimova qarşı dələduzluq edən və istintaqa böhtan xarakterli ifadələr verən digər şəxs – Fatih Bərbər isə Alaattin Aykaçın himayəsindədir.

Fatih Berber
Fatih Berber

Fatih Bərbər Türkiyə ictimaiyyətinin yaddaşında 2018-ci ildə Hürriyet Media Qrupunun Demirören Holdinqə satışı prosesində, Hürriyetin Avropa yayınlarını 1 avroya satın alması ilə yadda qalmışdı. Belə ki, 376 milyon avro nizamnamə kapitalı ilə qurulan Hurriyet Invest B.V. şirkəti cəmi 1 avroya Fatih Bərbərə satılmışdır. Nəzərə alın ki, Demirören Holdinq Hürriyet Media Qrupunun satın alınması üçün Türkiyə Ziraat Bankından 675 milyon dollar kredit götürüb. Ona görə də, iqtisadi məntiqə tamamilə zidd olan ağlasığımaz satış qərarı iş dünyasında suallar doğurmuşdu.

https://welgmedya.com/demiroren-gurubu-hurriyet-avrupa-yi-1-euro-ya-satti/1955/

http://www.cumhuriyet.com.tr/haber/hurriyet-yurt-disi-istiraklerini-bir-avroya-satti-1014799

Fatih Bərbər Hurriyet İnvest B.V. -dən əlavə, Niderland, Rusiya, Qazaxıstan, ABŞ, Macarıstan, BƏƏ-də onlarla şirkətin təsisçisi olan Trader Media East Limited şirkətinə rəhbərlik edir. Palmali şirkətlər qrupunda adi bir menecer olan bu şəxsin Mübariz Mənsimova xəyanətindən sonra ifrat varlanması təsadüfi deyil.

https://www.londonstockexchange.com/exchange/news/market-news/market-news-detail/TME/14058141.html

Mübariz Mənsimova qarşı istintaqa ifadə verən keçmiş işçisi Mehmet Ercil isə hal-hazırda
Linoil Enerji ve Akaryakıt Dağıtım Anonim şirkətinin sahibidir. Mehmet Ercil bu şirkəti 8
fevral 2019-cu ildə təsis edib. Şirkətin nizamnamə kapitalı 10 milyon Türk lirası təşkil edir.
Mehmet Ercil SOCAR-ın Türkiyədəki enerji paylayıcı şirkətləri ilə əməkdaşlıq edir.
Beləliklə, Palmali Holdinqin 4 keçmiş meneceri – Alaattin Aykaç, Fatih Bərbər, Mehmet
Erçil və Ali Kemal Çelikten Mübariz Mənsimovun etibarından sui-istifadə edərək,
Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadənin (Əliyev) xeyrinə dələduzluq edib və
Mübariz Mənsimovu külli miqdarda ziyana uğradıb. Bunun nəticəsində, Anar Əlizadə
Mübariz Mənsimova məxsu dəyəri 100 milyondan çox olan “Palmarina” yaxta limanını
və dəyəri 200 milyon dollara yaxın olan İstanbul “Edition” otelini müsadirə edib. Bu
soyğunçuluqda Anar Əlizadə ilə əlbir olan 4 Palmali meneceri Mübariz Mənsimova
xəyanətə görə mükafatlandırılıb. Belə ki, Alaattin Aykaç, Fatih Bərbər, Mehmet Erçil və Ali Kemal Çeliktenin hər biri Palmali Holdinqdən qovulandan sonra Anar Əlizadənin sayəsində milyoner iş adamına çevrilib. Ali Kemal Çelikten, faktiki olaraq, Anar Əlizadənin nəzarətində olan Arrow Star şirkətlər qrupunun prezidenti vəzifəsini icra edir.
Son olaraq, bu şəxslər Mübariz Mənsimovun FETO terror qruplaşmasına üzv olduğunu
iddia edərək onun həbs olunması üçün zəmin yaradıb. Bu prosesdə onlara Türkiyənin keçmiş daxili işlər və ədliyyə naziri, “dərin dövlətin” tanınmış siması, hal-hazırda
“Palmarina” yaxta limanın baş direktoru vəzifəsini icra edən Mehmet Ağar köməklik edib.

 

Araşdırmalarımız davam edir. Ardı var.

TİME TV ANALİTİK QRUPU

Leave a Reply

Your email address will not be published.