Apr 14, 2021, 3:02 pm
5 Users Online

SOCARIN “QARA QUTU”SU ANAR ƏLİZADƏNİN MİLYARDLIQ ŞƏBƏKƏSİ

Rövnəq Abdullayevin pul kassası dünyanı Azərbaycan xalqının pulları ilə “fəth” edib

Palmalinin işçilərilə birləşib Mübariz Mənsimovun yüz milyonlarlıq əmlakını necə ələ keçiriblər?

Bu gün Azərbaycanda hələ hökumətin etiraf etdiyi kimi, 600 min rəsmi işsiz var. 1 milyon 250 min minimum əmək haqqından aşağı təqaüd alan təqaüdçü var. Bunun üzərinə əmək qabiliyyəti olmayan və ayda 130 manata möhtac olan 200 mindən çox əlili gələndə bəlli olur ki, ölkə əhalisinin ən azı 2 milyonu səfalət içərisindədir. Hansı ki, Azərbaycanın sərvətləri 50 milyonluq bir ölkəni Avropa standartlarında yaşadaca biləcək qədərdi. Lakin bu olmur. Ölkənin sərvətlərini bir qrup ələ keçirib talayır. Çox mürəkkəb bir sistem quraraq talançılıqla məşğuldurlar. Elə bir talançılıq sistemidir ki, onu açmaq və ölkədən daşınılan pulların sadəcə son ünvanını tapmaq üçün illər lazımdı.

Anar Əlizadə Mübariz Mənsimova məxsus meqayaxt limanını və otelləri müsadirə edib

Timetv.live Anar Əlizadənin Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova qarşı daha bir soyğunçuluğunu üzə çıxarıb. Anar Əlizadənin Mübariz Mənsimova məxsus əmlakları müsadirə etmək planının növbəti hədəfi “Palmarina” (yeni adı: Bodrum Yalıkavak) meqayaxt limanı və limanda yerləşən lüks otellər olub.

Anar Əlizadənin ələ keçirdiyi Palmarina
                             Anar Əlizadənin ələ keçirdiyi Palmarina

Mübariz Mənsimovun 2011-ci ildə Profilo Holdinqin sahibi Cefi Kemhidən 42 milyon dollara satın aldığı Bodrum Yalıkavak yaxta limanına Anar Əlizadə 2012-ci ildə şərik olub. Belə ki, Türkiyənin biznes reyestr məlumatlarına görə, Anar Əlizadənin 2007-ci ildə Sinqapurda təsis etdiyi RSR Holdinq 2012-ci ilin martında Mübariz Mənsimovun sahib olduğu Palmali Otelcilik Turizm ve Acentelik Limited şirkətinin səhmlərinin 50%-ni əldə edib. RSR Holdinqi təmsilən hal-hazırda Petkimin satış və marketinq direktoru vəzifəsini icra edən Aqşin Səlimov sənədə imza atıb. Limana əlavə investisiya qoyularaq yaxta qəbul etmə tutumu iki dəfə artırılıb. Yenidənqurmadan sonra Türkiyənin ən böyük yaxta limanına çevrilən “Palmarina” yaxta limanı 2013-cü ilin iyununda istifadəyə verilib.
Qeyd edək ki, “Palmarina”nı idarə edən Bodrum Yalıkavak Turizm ve Yat Limanı Yatırımları ve Ticaret A.Ş.-nin səhmləri Palmali Otel İşletmeleri Yatırım ve Turizm Limited şirkətinin (yeni adı: BYK Otel İşletmeleri Yatırım ve Turizm Limited) nəzarətində olub.

Palmali Otel İşletmeleri Yatırım ve Turizm Limited şirkətinin səhmlərinə isə Palmali Otelcilik Turizm ve Acentelik Limited şirkəti nəzarət edib. 2012-ci ildə RSR Holdinq Palmali Otelcilik Turizm ve Acentelik Limited şirkətinə şərik olduqdan sonra, Palmali Otelcilik Turizm ve Acentelik Limited şirkətində RSR Holdinq və Palmali Gemi Hizmetleri ve Acentelik A.Ş. arasında 50/50 ortaqlıq mövcud olub.

https://www.youtube.com/watch?v=-RgtDP3mBp4&feature=youtu.be
https://www.gecce.com/haber-marinadan-cok-daha-fazlasi-palmarina-bodrum

2014-cü ilin mayında “Palmarina”nın rəhbərliyinə, Anar Əlizadənin təkidi ilə, Türkiyənin keçmiş daxili işlər və ədliyyə naziri Mehmet Ağarın oğlu Tolqa Ağar gətirilib. 2015-ci ildə “Palmarina”nın SOCAR-a satışı ilə bağlı mətbuatda xəbərlər dolaşsa da, Palmali Holdinqdən bu xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilmişdi.

https://www.borsamatik.com.tr/enerji-devi-yalikavak-marinaya-talip-haber-53489

Eyni zamanda Mübariz Mənsimov mətbuata açıqlamasında qəti şəkildə “Palmarina”nın satılmayacağını bildirib.


https://turizmguncel.com/haber/mubariz-mansimov-konustu-palmarina’yi-ve-otellerini-satacak-mi-h26646.html

2016-cı ilin yanvar-fevral aylarında Anar Əlizadə “Palmarina”nın bağlı olduğu Bodrum Yalıkavak Turizm ve Yat Limanı Yatırımları ve Ticaret Anonim şirkətinin müşahidə şurasının sədri Tolqa AğarPalmali şirkətlər qrupunda rəhbər vəzifələrdə işləyən və imza səlahiyyətləri olan 4 işçi – Alaattin Aykaç, Mehmet Ercil, Fatih Berber və Ali Kemal Çelikten ilə əlbir olaraq, Mübariz Mənsimovun səhmlərini ələ keçirib. Belə ki, 14 yanvar 2016-cı il tarixində RSR Holdinqin sahibi Anar Əlizadə tərəfindən Maltada SOCAR qrupuna məxsus şirkətlərin qeydiyyatda olduğu adresdə (171, Old Bakery Street, Valletta, VLT1455, Malta) Palmarina Holding Limited (yeni adı: Yalikavak Holding Limited) şirkəti təsis edilib. 15 fevral 2016-cı il tarixində isə Palmali Otel İşletmeleri Yatırım ve Turizm Limited şirkətinin səhmləri, Mübariz Mənsimovdan xəbərsiz Palmali Otelcilik Turizm ve Acentelik Limited şirkətindən alınaraq, Palmarina Holding Limited şirkətinə transfer edilib.

Beləliklə, 2016-cı ildə Anar Əlizadə “Palmarina” yaxta limanına və limandakı otellərə nəzarəti tam ələ keçirib. Mübariz Mənsimov rəhbər işçilərinin dələduzluq əməlindən xəbər tutan kimi onları dərhal işdən azad edib və məhkəmədə iddia qaldırıb. Bu işçilərin mütəşəkkil dələduzluq əməllərinə dair məhkəmə işi hələ də davam edir. Mübariz Mənsimov eyni zamanda iqtisad məhkəməsinə müraciət edərək ona məxsus səhmlərin satışında yol verilən saxtakarlığa dair iddia qaldırıb, yaxta limanının və otellərinin yeni sahibləri – Palmarina Holdinq Limited və onun təsisçisi RSR Holdinqə satışın məhkəmə qərarı ilə ləğvini tələb edib. Limanın kağız üzərində satışı gerçəkləşdirilsə də, satış müqabilində Mübariz Mənsimova heç bir ödəniş edilməmişdir. Yaxta limanı ilə birlikdə limanda yerləşən Palmalife Marina Hotel və Palmarina Boutique Hotel Bodrum da ələ keçirilib

https://www.patronlardunyasi.com/haber/Mansimov-un-sirketinden-holdingine-Hileli-satis-davasi/196501

22 fevral 2016-cı il tarixli Türkiyə ticarət reyestr qəzetində yer alan məlumata görə, Palmarina Holdinq Limited şirkətinin bütün səhmləri Sinqapurda təsis edilən RSR Holdinqə məxsusdur.


Palmarina Holding Limited şirkəti tərəfindən 2017-ci ildə yayınlanan maliyyə hesabatında, Palmarina Holdinqin nəzdində BYK Otel İşletmeleri Yatırım ve Turizm Limited A.Ş. və Levist Emlak Geliştirme Otelcilik ve Turizm A.Ş. (əvvəlki adı: Palmali Emlak Geliştirme Otelcilik ve Turizm A.Ş.) şirkətlərinin fəaliyyət göstərdiyi qeyd olunub. Levist Emlak Geliştirme Otelcilik ve Turizm A.Ş.-nin nəzdində isə Mübariz Mənsimovdan müsadirə edilən İstanbul “Edition” oteli (yeni adı: Hyatt Centric İstanbul Hotel) fəaliyyət göstərir (əvvəlki yazıda bu barədə ətraflı məlumat verilib).

https://www.timetv.live/2020/04/19/rovn%C9%99q-abdullayevin-n%C9%99sli-palmalinin-s%C9%99rv%C9%99tini-nec%C9%99-talayir/
Sinqapurun biznes reyestr məlumatlarına və “Global Witness” hesabatına (səhifə 16) görə, RSR Holdinqin təsisçisi və CEO-su Anar Əlizadədir

https://cdn.globalwitness.org/archive/files/library/azerbaijan_anonymous_lr.pdf
https://www.amerikaninsesi.org/a/1807018.html

Mübariz Mənsimov həbsdən göndərdiyi məktubda dələduzluq faktı haqqında bunları yazır:
“Bu 4 şəxs (Alaattin Aykaç, Mehmet Ercil, Fatih Berber, Ali Kemal Çelikten nəzərdə tutulur) qarşı tərəf  (Anar Əlizadə nəzərdə tutulur) ilə əlbir olub saxtakarlıq edərək yaxta limanını dəyərindən çox aşağı qiymətə satıblar. Buna görə də havadarları ilə birlikdə məhkəmədə mühakimə olunurlar.” Mübariz Mənsimov limanın qeyri-qanuni satışı barədə 2017-ci ildə mətbuata verdiyi müsahibədə limanı hüquqi yollarla geri alacağına əminliyini bildirmişdi.

https://www.tourismtoday.net/mubariz-masimov-palmarinayi-geri-alacagiz-49706h

Qeyd edək ki, yaxta limanının baş direktoru Tolqa Ağar 2018-ci ildə AKP millət vəkili seçilib. Anar Əlizadənin Mübariz Mənsimovdan müsadirə etdiyi meqayaxt limanında müşahidə şurasının sədri vəzifəsinə 2018-ci ildə Tolqa Ağarın atası Mehmet Ağar təyin edilib.


Hal-hazırda limanın müşahidə şurası
Memet Kemal Ağar, Zülfü Tolga Ağar, Koray Atalık, Ali Polat, Moreno Occohiolini, Vagif Karimli, İlgar Valiyevdən təşkil olunub.

https://www.gazeteduvar.com.tr/yazarlar/2020/03/17/bir-oligark-bir-marina-ve-agar-ailesi/

Mübariz Mənsimov həbsxanadan göndərdiyi məktubda şərlənməsinin təşkilində ittiham etdiyi şəxslər arasında Mehmet Ağarın adını da qeyd etmişdi. “Bunlar yalan və böhtanlarında keçmiş nazirlərdən M.A.-nı (Türkiyənin keçmiş daxili işlər və ədliyyə naziri Mehmet Ağar nəzrədə tutulur) SOCAR və başqa qurumla (RSR Holdinq nəzərdə tutulur) maliyyələşdirib bərabər hərəkət ediblər, prokuror və hakimlərə rüşvət veriblər.”
https://twitter.com/sahmetsahmet/status/1241384614503030789 

Mehmet Ağar Türkiyədə mafiya qruplaşmalarının himayədarı kimi tanınır. Mehmet Ağar 1990-cı illərdə Baş Polis İdarəsində vəzifədə olduğu dövrdə mafiya qruplaşması yaradaraq ‘PKK siyahısında adın var’ ittihamı ilə onlarla Kürd əsilli iş adamından külli miqdarda rüşvət aldığı iddia edilir. Mehmet Ağarın yaratdığı mafiya qruplaşmasının Türkiyədə yüzlərlə cinayətdə əli olduğu sübuta yetirilib.
http://www.radikal.com.tr/turkiye/agar-rusveti-dagitiyordu-1071531/

Bundan əlavə, Ağar ailəsinin Türkiyədə narkotik ticarətinə nəzarət etdiyinə dair Türk mətbuatında çoxlu sayda xəbərlər var. “Palmarina” yaxta limanının hal-hazırda bu məqsədlə də istifadə olunduğu istisna olunmur.

http://www.gazetevatan.com/-agar-uyusturucu-trafigi-icin-yardim-istedi–597994-gundem/

https://www.milliyet.com.tr/gundem/agar-baybasin-le-uyusturucu-konustu-1817371

Mehmet Ağar, vəzifədə olduğu dövrdə dövlət-mafiya əlaqələrinin qurulmasında ittiham olunaraq, 2012-ci ildə 5 il həbsə məhkum edilib. Ancaq Türkiyə iqtidarı ilə yaxın əlaqələri sayəsində 1 il sonra azad edilib.

http://www.aksam.com.tr/siyaset/mehmet-agarin-369-gunluk-cezaevi-macerasi/haber-200924

Bu araşdırma nəticəsində məlum olur ki, SOCAR prezidenti Rövnəq Abdullayev və dayısı oğlu Anar Əlizadə, Türkiyədə dərin dövlətin ən güclü fiqurlarından biri olan Mehmet Ağarla əlbir olaraq Mübariz Mənsimovun əmlakını ələ keçirib  M.Mənsimovu Palmalinin keçmiş işçilərinin əsassız iddiaları həbs etdirib.

Növbəti yazıda, Mübariz Mənsimova qarşı dələduzluq edən və istintaqa böhtan xarakterli ifadələr verən “Palmali”nin 4 keçmiş rəhbər işçisinin, SOCARAnar Əlizadə ilə mövcud biznes əlaqələri və M. Mənsimova məxsus limanın və otellərin ələ keçirilməsində “xidmətlərinə” görə SOCAR-dan və Anar Əlizadədən aldığı mükafatlar haqqında yazacağıq.

 

 

Anar Əlizadənin şəbəkəsi
                       Anar Əlizadənin şəbəkəsi

 

 

 

 

 

\

 

TİME TV

Leave a comment

Related Posts