Apr 21, 2021, 4:27 am
6 Users Online

Rövnəq Abdullayevin nəsli Palmalinin sərvətini necə talayır?

Anar Əlizadə Mübariz Mənsimova məxsus oteli ələ keçirib və qardaşını idarəçi təyin edib

Nağıl kimi bir talan hekayəsini faktlarla təqdim edirik

Mübariz Mənsimovun İstanbul “Edition” otelinin yeni sahibi kimdir?

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun həbsindən sonra onun Türkiyə iqtisadiyyatına yatırımları medianın diqqət mərkəzindədir. Mübariz Mənsimovun ən böyük  yatırımlardan biri də İstanbulun biznes mərkəzi sayılan Büyükdere caddesi üzərində yerləşən İstanbul “Edition” oteli idi. Əvvəlcə binanın tarixçəsinə nəzər salaq.
İstanbul “Edition” otelinin binası 2000-ci ilə qədər Dəmirbankın baş ofisi, 2000-2003-cü illərdə isə HSBC Türkiyə bankının baş ofisi kimi istifadə olunurdu. 20 noyabr 2003-cü ildə binanın qarşısında Əl-Qaidə terror təşkilatı tərəfindən törədilən terror hadisəsi nəticəsində binada güclü yanğın baş vermiş, bina yararsız hala düşmüşdü.

https://www.milliyet.com.tr/gundem/istanbulda-teror-iki-bombali-kamyonet-dehset-ve-olum-sacti-5138968

http://arsiv.ntv.com.tr/news/244717.asp

Dəmirbankın iflasından sonra Türkiyə Əmanətlərin Sığortalanması Fondunun (TMSF) mülkiyyətində olan bina 2007-ci ildə satışa çıxarıldı. Keçirilən hərracda Mübariz Mənsimov 93 milyon lira (80 milyon dollar) ilə ən yüksək təklifi verərək binanı TMSF-dən satın aldı.

https://www.denizhaber.net/hsbc-binasi-artik-palmalinin-oldu-haber-11337.htm

Mübariz Mənsimov yararsız halda olan bu binanı otelə çevirmək üçün Marriot şirkətlər qrupu ilə razılq əldə etdi. 3 illik təmir-bərpa işlərinin ardından, 2011-ci ildə 7 ulduzlu İstanbul “Edition” oteli (Baku Plaza) istifadəyə verildi. Cipriani ve Billionaire kimi lüks markalara ev sahibliyi edən otel İstanbulun ən bahalı məkanlarından birinə çevrildi. Oteldə gecəsi 7500 avro olan dəniz mənzərəli Penthouse kral dairəsi də müştərilərə təklif edilirdi.

https://www.milliyetemlak.com/dergi/7-yildizli-the-istanbul-edition-kapilarini-acti/

150 milyon dollara başa gələn otelin açılışına Türkiyənin Mədəniyyət və Turizm naziri Ertuğrul Günay, İstanbul valisi Hüseyn Avni Mutlu, Azərbaycan Sənaye və Energetika naziri Natiq Əliyev, Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlu, Azərbaycanın Türkiyədə səfiri Faiq Bağırov, Azərbaycanın İstanbulda baş konsulu Həsən Zeynalov, iş adamı İsgəndər Xəlilov və digər tanınmışlar qatıldı. Açılışda Polad Bülbüloğlu Rusiyanın xalq artisti Nikolay Baskov ilə duet oxudu.
https://www.youtube.com/watch?v=4SHKBYFnNho

https://www.hurriyet.com.tr/ekonomi/istanbulun-ilk-7-yildizli-oteli-15-aralik-ta-aciliyor-11170068  

Otelin önündə Azərbaycan və Türkiyə bayraqları dalğalanmağa başladı.

2015-ci ildə kulislərdə Mübariz Mənsimovun İstanbul “Edition” otelini satdığına dair xəbərlər dolaşmağa başladı. Ancaq İstanbul “Edition” otelinin yeni sahibinin kimliyi böyük müəmmaya çevrildi. Fortune Turkey, Türkiyənin “Para” dərgisinə istinadən, İstanbul “Edition” otelinin Lukoil şirkətinin prezidenti Vahid Ələkbərova satıldığını yazdı. 

https://www.fortuneturkey.com/rus-milyarder-istanbul-edition-hoteli-satin-aldi-24514
https://uzmanpara.milliyet.com.tr/haber-detay/gundem2/rus-oligark-editioni-aldi/33000/33922/

Ancaq daha sonra Mübariz Mənsimov otelin Vahid Ələkbərova satıldığına dair yayılan xəbərləri yalanladı. Mübariz Mənsimov vəkilləri vasitəsilə yayınladığı açıqlamada bunları bildirmişdi:
Mübariz Qurbanoğlu və Vahid Ələkbərov arasında, xəbərdə adı keçən otelin (İstanbul “Edition” oteli) və ya qeyd edilənin marinanın (“Palmarina” yat limanı) satışına dair heç bir görüş və danışıq olmayıb. Eyni zamanda Vahid Ələkbərov tərəfindən otelin və marinanın satın alınmasına dair Palmaliyə heç bir təklif edilməyib.

http://www.patronlardunyasi.com/haber/Ulus-taki-rezidansi-da-satiliga-cikti/175431

Türk mediasında otelin yeni sahibləri arasında SOCAR-ın da adı çəkilirdi. Ancaq daha sonra mətbuatda otelin yeni sahibləri barədə əlavə məlumata yer verilmədi. 2017-ci ildə İstanbul “Edition” otelinin adı Hyatt Centric Hotel olaraq dəyişdirildi.

https://www.hurriyet.com.tr/ekonomi/luks-edition-gitti-butik-centric-geldi-40386176


Araşdırmalarımızdan məlum oldu ki, Hyatt Centric otelinin sahibi Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim şirkətidir. İstanbul Ticarət Palatasının reyestr məlumatlarında şirkətin adresi Hyatt Centric otelinin ünvanı ilə eynidir: Levent Mahallesi, Büyükdere Caddesi No.136/1 Beşiktaş, İstanbul.
Eyni zamanda kariyer.net iş axtarış portalında Hyatt Centric otelinə dair iş elanları Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim şirkəti tərəfindən yerləşdirilib.
https://www.kariyer.net/is-ilani/levist-emlak-gelistirme-otelcilik-ve-turizm-a-s-h-group-banquet-sales-executive-2484102
Türkiyə ticarət reyestr məlumatlarından məlum olur ki, Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Şirkətinin əvvəlki adı Palmali Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Şirkəti olub və şirkətin səhmləri Mübariz Mənsimova məxsus olub.
22 fevral 2016-cı il tarixli Türkiyə ticarət reyestr qəzetində yer alan məlumata görə, 16.02.2016 tarixində Palmali Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Şirkətinin bütün səhmləri Sinqapurda qeydiyyatda olan RSR Holdinqə keçib. Hal-hazırda şirkətin müşahidə şurasının üzvləri Nihad Əliyev, Ali Polat, Koray Atalık və Moreno Acchiolinidən ibarətdir. Şirkətin nizamnamə kapitalı 323 milyon lira təşkil edir. Qeyd edək ki, 2007-ci təsis edilən RSR Holdinqin qurucusu və CEO-su, SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadədir (red. əvvəli soyadı “Əliyev” olub). Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim şirkətinin müşahidə şurasının üzvü Nihad Əliyev isə Anar Əlizadənin qardaşıdır.
Xatırladaq ki, “Global Witness” təşkilatının 2013-cü ildə yayınladığı “Anonim Azərbaycan” adlı hesabatında Anar Nüsrət oğlu Əliyevin SOCAR ilə əlaqəsi olan “ən azı 48 yüksək mənfəətli
sövdələşmədə” iştirak payına malik olduğu bildirilir.
https://www.bbc.com/azeri/azerbaijan/2013/12/131209_global_witness_socar_report 

Anar Əlizadə və Rövnəq Abdullayevlə bağlı araşdırmamız davam edəcək. Növbəti yazıda sizə RSR Holdinqin sirrlərini açacağıq.

 

TİME TV

 

Leave a comment

Related Posts