Aug 11, 2020, 10:49 pm
4 Users Online

Zakir Qaralovun şəriki Almaniyaya qaçıb

Azərbaycanda isə baş prokurorun adamına Daxili İşlər Nazirliyi cinayət işi açıb

İlqar Hacıyev və baş prokuroru Rusiya mediası 1 milyard dollar pulu bu və digər yollarla mənimsəmək də günahlandırır

Akkord Şirkətlər Qrupu Azərbaycanda çoxlarına tanışdır. Hamı bilir ki, bu şirkətlər qrupunu Azərbaycanın baş prokuroru Zakir Qaralov baş prokuror təyin edildiyi ilk zamanlarda yaratdırdı. Sonra da baş prokurorun himayəsi ilə bu şirkətə böyük dövlət layihələrində yer verildi, yüz milyonluq işlərdən pay ayrıldı. Zaman keçdikcə isə şirkətin gördüyü işlərin yarı-yarımçıq olduğu, pulların mənimsənildiyi ortaya çıxdı. Vətəndaşlar Respublika Prokurorluğuna davamlı şikayət etsələr də, nəticə olmadı. Yeni gəlmişkən tikintisinə 662 milyon dollar pul ayrılmış və 30 illik zəmanətlə dövlətə təhvil verilmiş Bakı-Quba yolu qısa müddətə dağıldı. Bir kilometri 14 milyon dollara sənədləşdirilmiş Zığ-Binə aeroportu yolu da eyni qayda da dağılmağa məruz qaldı.

PRİVET ROSSİYA

Bundan sonra Akkord Rusiya şirkəti yaradıldı və Zakir Qaralovun adamı İlqar Hacıyev Rusiyaya ezam edildi.

Rusiyada bir sıra böyük layihələrdə iştirak edən Akkord Rusiya (Accord Smart) sən demə, Rusiya vətəndaşlarına külli miqdarda pul atıbmış. Bundan sonra isə İlqar Hacıyev Almaniyaya, ailəsi isə İsveçrəyə qaçıblar. Rusiya mediası qeyd edir ki, Akkord Smart şirkəti Moskva Vilayətində vətəndaşlardan öncədən pul alaraq onlara mənzil inşa edəcəyini bildirib. Lakin sonradan tikintini yarımçıq qoyaraq yüzlərlə vətəndaşı aldadaraq Rusiyadan qaçıb.

Hacıyev Rusiyadan 2019-cu ilin yanvar ayında qaçıb. “Qlobal SDİ”, “Komfort İnvest” və digər şirkətlət vasitəsilə öncədən Avropaya külli mi1qdarda pul da çıxarıb. Bu prosesdə “Komfort İnvest” şirkəti zərər çəkib. Çünki İlqar Hacıyev Rusiya vətəndaşları olan və indi Rusiya mediasında “məsuliyyətsiz biznesmenlər” adlandırılan şəxslər vasitəsilə insanlardan pulu alıb. Sonra isə mənimsəmə edərək cinayət törədib. Rusiya Federasiyası hüququ mühafizə orqanları isə bununla bağlı araşdırmlara 2017-ci ildən başlayaraq 2019-cu ilə qədər olan dövrü yoxlayıblar.

Məlum olub ki, İlqar Hacıyev Almaniyada həmyerlisinin vasitəsilə şirkət qurub və o şirkəti Avropadan gəlmiş investor tərəfdaş kimi sənədləşdirib. Halbuki iki şirkət də Hacıyevə məxsus olub. Sadəcə burda məqsəd Rusiyadan pulu Avropaya leqal olaraq ötürmək olub məqsəd. Bunu da həyata keçiriblər və pulu Avropaya bu yolla daşıyıblar. İlqar Hacıyev eyni zamanda vətəndaşlara verilməli olan mənzilləri də şəriklərilə birlikdə mənimsəyib.

Məsələn, “Piroqovskaya Rivera” yaşayış kompleksində 360 mənzil özünə, Moskva Vilayət rəsmisinin həyat yoldaşı Ekaterina Xavaevaya 70 mənzil ayırıb. Alcon Development”in sahibi Ziya Qazıyevə kompleksdən 50 mənzil verilib. Mənzillərin mənimsənilməsi faktı ilə əlaqədar Rusiya Daxili İşlər Nazirliyi Moskvada Daxili İşlər İdarəsinin İstintaq İdarəsi “Komfort İnvest” MMC-ni zərərçəkmiş tərəf kimi tanımaqla Rusiya Federasiyası Cinayət Məcəlləsinin “saxtakarlıq” və “cinayət hazırlamaq və cinayətə cəhd” maddələri ilə cinayət işi açıb. Hazırda proseslə bağlı işlərin bir qisminə Moskvanın Presnensky Rayon Məhkəməsində baxılır. Eyni zamanda İlqar və Ziya Hacıyevlərin saxta sxemlər quraraq pul vəsaitlərini Rusiyadan necə çıxardıqları araşdırılır.

Hacıyevlərin ümumilikdə təkcə bir sxem vasitəsilə 3 milyard pulu ələ keçirdikləri sübut olunub. “Accord Spetsstroy” MMC-nin müştəriləri təkcə təhcizatçılara 277 milyon rubl borcu var. Bu şirkətin eyni zamanda 350 milyon rubl ziyan vurması məsələsinə görə də Moskva Daxili İşlər İdarəsində də dələduzluq maddəsilə cinayət işi açılıb. Ümumiyyətlə, İlqar Qazıyevin bir çox törəmə firmalarının rəhbərlərinə də cinayət işi açılıb. Beş prokuror bu prosesə qoşulub. İddialar həm də ondan ibarətdir ki, bu firmalar vasitəsilə də 1,17 milyard rubl mənimsənilib.

Ən maraqlısı isə odur ki, İlqar Hacıyev təkcə Rusiyada axtarılmır. Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi Hacıyevi cinayət törətməkdə şübhəli bilinir. Cinayət Məcəlləsinin 178.3.2. maddəsilə ona cinayət işi açılıb. İstintaq hesab edir ki, Hacıyev 2016-2017-ci illərdə tanıdığı iş adamlarından birindən borc götürdüyü 10 milyon ABŞ dolları mənimsəmişdir.  Maraqlıdır ki, bununla bağlı edilən şikayətlərə Respublika Prokurorluğu reaksiya verməyib. Nəticədə Daxili İşlər Nazirliyi cinayət işi açıb. Hacıyev isə iddia edir ki, o, bu pulları “Accord Smart”ın inşa etdiyi “Piroqovskaya Rivera” yaşayış kompleksinin inşaasına yatırıb. Lakin istintaq onun bu pulları xaricə köçürdüyünü və ailəsini də həmin vəsaitlərlə İsveçrəyə köçürdüyü qənaətindədir.

Rusiyada isə onu həm də insan həyatına sui-qəsdən cəza gözləyir. Çünki onun Accord Xüsusi İnşaat İdarəsinin zirzəmisində podratçı təşkilatın nümayəndəsi Zamir İndreevi vəhşicəsinə döymək də günahlandırırlar və buna görə federal axtarışa verilib. İlqar Hacıyevə qarşı kifayət qədər məhkəmə iddiaları var. İstintaq isə belə hesab edir ki, zamanında prosesin üstünə düşülməsəydi, Hacıyev daha çıx kredit mənimsəmələri həyata keçirib, daha çox vətəndaşların pullarına sahiblənəcəkdi. Rusiyada İlqar Hacıyevə cinayət işi açıb axtarışa verməklə yanaşı onun Azərbaycandakı əməllərini və hamilərini araşdırırlar. Maraqlıdır ki, başqa zaman Azərbaycan hakimiyyətinin məmurlarıyla bağlı materiallarda diqqətli olan Rusiya mediyası bu dəfə necə deyərlər baltanı kökündən vurmağa üstünlük verib.

QARALOV RUSİYA TV-lƏRİNDƏ DƏLƏDUZLA BİRLİKDƏ GÖSTƏRİLİR

Rossiya 24 kanalı heyvanlar haqqında səhər proqramında İlqar Qazıyev və onun Azərbaycandakı hamisi baş prokuror Zakiq Qaralovun şəklini birlikdə verib, xüsusi reportaj hazırlayıb. Açıq şəkildə Azərbaycanın baş prokuroru hədəf seçilib.

Eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin Zakir Qaralovun adamına cinayət işi açması baş prokurorun vəziyyətinin heç də yaxşı olmadığını ortaya qoyur. Bu il Qaralovun baş prokurorluğunun sonudur. Çünki qanun pozularaq o, 4 dəfə baş prokuror təyin edilib və bu son müddətdir. Baş prokurorluqdan Konstitutisiya Məhkəməsinin sədrliyinə ezam edilmək istəyən Qaralovun arzusunun önündə ciddi əngəllər durduğu ortadadır. Nə bilmək olar bəlkə də korona fəlakətinin qurbanı elə Qaralov oldu.

TİME TV

Leave a comment

Related Posts