Apr 7, 2020, 9:13 am
15 Users Online

AND və bir qrup təşkilat Fransa prezidentinə müraciət etdilər

Onlar Fransa rəhbərliyindən Mehriban Əliyevaya verilmiş ordenlərin geri alınmasını istəyirlər

Avropada fəaliyyət göstərən Azərbaycan Naminə Demokratiya Hərəkatı və bir sıra təşkilatlar Fransa rəhbərliyinə müraciət edərək Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevaya verilmiş ordenlərin geri alınmasını istəyirlər. Bunun üçün petisiya da hazırlayıblar. Onlar petisiya və müraciətlərini belə əsaslandırırlar: 

Dostlar, İlham Əliyev Novruz tonqalı başında and içib əhd bağladı ki, koronavirus adlı bəşəri təhlükənin yaratdığı yerli və beynəlxalq qayğılardan sui-istifadə edərək Azərbaycanda müxalifətin kökünü kəsəcək. Bu, onun nəzərdə tutduğu tədbirlərdir. Biz də öz tərəfimizdən başqa tədbirlərə baş vurmaqla dünyaya sübut etməliyik ki, insan haqlarının qənimi olan bu hakimiyyətin repressiyalarının başında yalnız İlham Əliyev yox, həm də onun ən yaxın çevrəsi, eləcə də müavini xanım Mehriban Əliyeva dayanır.
Bunu nəzərə alaraq, xanım Mehriban Əliyevanın bizə bəlli olmayan yollarla sahibləndiyi beynəlxalq mükafatların, titulların geri alınması üçün təşəbbüslər göstərək. Bu günlərdə sayğılı Tofiq Yaqublunun şərlənərək həbs edilməsi bir daha göstərir ki, İlham Əliyev və onun müavini bütün vasitələrdən istifadə edərək «Novruz andı»na sadiq qalacaqlar.
Biz də israrlı olmalıyıq. Bu məqsədlə ilk petisiyanı yaratdıq. Bu petisiya xanım Mehriban Əliyevanın «Şərəf Legionu ordeni»ndən məhrum edilməsini nəzərdə tutur. Biz bu kampaniyanı yalnız bu imza kampaniyası ilə deyil, eləcə də başqa, daha real vasitələrlə də davam etdirərək məqsədə nail olmaq əzmindəyik.
Bu petisiyanı imzalamağınızı xahiş edirik. Söhbət, sadəcə olaraq birinci xanımın deyil, məhz, icra hakimiyyətinin iki başçısından biri olan birinci vitse- prezident Mehriban Əliyevanın haqsız olaraq təltif edildiyi beynəlxalq mükafatlardan məhrum edilməsi üçün beynəlxalq kampaniyadan gedir. Bizə uğurlar ! Petisiya ilə tanış olmaq və ya iştirak etmək üçün bu linkin üzərinə vurub qeydiyyatdan keçə bilərsiniz.
https://www.change.org/p/aux-membres-du-conseil-de-la-l%C3%A9gion-d-honneur-palais-de-la-l%C3%A9gion-d-honneur-hotel-de-salm-grande-c-retirer-la-l%C3%A9gion-d-honneur-%C3%A0-m-aliyeva-take-away-the-legion-of-honor-from-m-aliyeva?recruiter=16105716&utm_source=share_petition&utm_medium=copylink&utm_campaign=share_petition

Time TV

 

Leave a comment

Related Posts