Jul 8, 2020, 3:29 am
5 Users Online

Məni Rövnəq Abdullayevin və Azərbaycandakı bəzi məmurların sifarişilə həbs ediblər

Xeyriyyəçi iş adamı Mübariz Mənsimovun həbsdən Türkiyə və Azərbaycan xalqlarına müraciəti yayıldı 

Mənimlə bağlı bu işi SOCAR, Rövnəq Abdullayev, Anar Alizadə (Aliyev – Arda Akın və ya başqa bir ad) və Azərbaycan dövlətinin içindəki bəzi adamların sifarişi və dəstəyilə ilə edirlər.

6 gündür həbsdə olan iş adamı Mübariz Mənsimov saxlanıldığı Silivri Həbsxanasından Azərbaycan və Türkiyə xalqlarına müraciət edib. Müraciətdə konkret olaraq həbsinin sifarişçisinin SOCAR – Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev və onun dayısı oğlu Anar Əlizadənin olduğunu bildirir. Müraciəti sizə təqdim edirik. 

Dəyərli Türk və Azərbaycan xalqları, bacılarım, qardaşlarım!

MÜBARİZ MƏNSİMOV
MÜBARİZ MƏNSİMOV

Daha öncə söylədiyim kimi, haqqımda uydurlan FETÖ üzvülüyü suçlamasını sifarişçilər 4 saxtakar və satılmış çalışanlarımla işbirliyi edərək gerçəkləşdiriblər. Məni sorğu-sualsız, müdafiə haqqı tanımadan, müdafiə hüququmu əlimdən alaraq gecə saatlarında məhkəməyə gətirib ordan da sanki bir oğrunun həbs edirlərmiş kimi Silivri həbsxanasına göndərdilər.

İFADƏM ALINMADI, AMMA YAZDILAR İFADƏ VERİB…

Məhkəməyə aparılmazdan öncə ifadəm alınmadı. Amma müstəntiq yazdığı ittihamnamədə ifadəmi aldığını qeyd etdi. 2 gün haqsız şəkildə polisdə saxlanıldım, artıq 4 gündür həbsxanadayam. Bütün bu haqsızlıqlara qarşı aclıq elan etmişəm.Allahın mənə yaşama haqqı tanıdığı müddətcə, gücüm olduqca, bu aclıq aksiyası davam edəcək. Üzülərək bildirirəm ki, artıq Türkiyə də Azərbaycan kimi bir hüquq dövləti olmaqdan çıxmışdır. Ədalət sarayları alış-veriş mərkəzləri kimi çalışmaqdadır.

ƏSGƏR ÜÇÜN TİKDİYİMİ FETÖ-nun ADINA YAZDILAR 

Məni tanıyanlar çox yaxşı bilir ki, heç zaman hər hansı bir örgütə üzv olmamışam. Mən və şirkətim bu günə qədər fetö kimi mollarara pul verməmişik. Bu mümkün də deyil. Bu günə qədər 20-yə qədər orta məktəb, xəstəxana, əsgər üçün mühafizə binası (karakol), imkansızlara yardım evi tikib hamısını da dövlətə vermişəm. Polis və əsgər üçün inşa etdiyim mühafizə evlərini, polisə, əsgərə aldığım arabaları föte-çulara yardım kimi sənədləşdirmək haqsızlıqdır. Mən bütün bunları polis təşkilatımız, əsgərlərimiz üçün hədiyyə olaraq etmişəm. Bunun kimi sadalaya biləcəyim minlərlə fakt var. Mən bütün bu yaxşılıqları Allah yolunda etdim, başqalarının etdikləri kimi reklam xatirinə deyil. İndi bunu etdiyim dövlətlər buna göz yumurlar. Mənimlə bağlı bu işi SOCAR, Rövnəq Abdullayev, Anar Alizadə (Aliyev – Arda Akın və ya başqa bir ad) və Azərbaycan dövlətinin içindəki bəzi adamların sifarişi və dəstəyilə ilə edirlər.

ŞƏRƏFSİZ YAŞAMAQDANSA, ŞƏRƏFLİ ÖLÜM YAXŞIDIR

Mən həyatımda Allahdan başqa kimsədən qorxmadım. Bu saatdan sonra da savaşmaqdan imtina etməyəcəyəm. Şərəfsiz yaşamaqdansa, şərəfimlə ölməyi seçərəm. SOCAR-ın rəhbəri və onun adının nə olduğu bəlli olmayan Anar Əlizadə adlı əqrabası ikisi də mənim satılmış işçilərim olan qrupa – Alaatdin Aykaç, Ali Kemal Çelikten, Mehmet Erçil və Fatih Berbere pul verərək bu ittihamlarla bağlı ifadələri verdiriblər. Çünki Londonda milyard dollarlıq məhkəmə davasında uduzacaqlarını bilirlər. Bu üzdən bu yola baş vuran saxtakarlar Türkiyədə hüququ ayaqlar altına atıblar. Bu 4 saxtakara qarşı mənim illərlə açdığım dava davam edir. Bunlar dələduzluqdan Ağır Cinayətlər Məhkəməsində istintaq edilirlər. Bu davalar uzun zamandır davam edir və nədən indi iftira atmağa çalışırlar? Bu 4 adamla aramızda bir çəkişmə, düşmənçilik olduğu halda niyə məni həbs edən məhkəmə bunları söylədiyim halda bunu diqqətə almır? Bu 4 adam qarşı tərəf ilə saxta iş görərək gəmini dəyərindən çox az qiymətə satıblar.

PROKUROR VƏ HAKİMLƏRƏ PUL YEDİRİBLƏR 

Buna görə iş gördükləri adamlarla birlikdə məhkəmədə suçlanırlar. Bunlar yalan və oğurluq deyil nədir? Bunlar yalan və iftiralarında keçmiş nazirlərdən M.A-yı SOCAR və başqa bir quruma maliyyə verərək bərabər hərəkət ediblər. Prokuror və hakimlərə pul yediriblər. Bunların mənə edəcəklərini və bir oyun quracaqlarını 5 ay öncə bir rus dost mənə söyləmişdi. Buna görə bu məlumatı dəyərli Cümhurbaşkanımız Recep Tayyip Erdoğanla paylaşdım. Hüquq mühafizə orqanlarına məlumat verdim. İndi heç bir şey olmamış kimi gülüb keçənlər var. Heç hüququn üstünlüyünə inanmırsınızmı? Bütün bunlar Türkiyədə hüququn qalmadığının sübutudur. Ancaq mən yenə də mənə qarşı bunu edənlərlə bağlı hüquq yolunu seçdim. Allahın icazəsiylə savaşımı aparacağam.

FETÖ-çular MƏNİ FETÖ-çuluq da SUÇLAYIRLAR

Gülməli olan bu ki, həqiqi fetö-çular məni fetö-çu olmaq da günahlandırırlar. Mənimlə bağlı iftiralar ataraq şahidlik edənlər arasındakı Mehmet Erçil və Ali Kemal Çelikteni dəfələrlə xəbərdarlıq etdim ki, fetö toplantılarına qatılmayın, onlar bunu dinləmədikləri üçün şirkətimdən uzaqlaşdırdım. İndi hər kəs susmağımı və onların istəklərini qəbul etməyimimi gözləyir? Mən sizlərə sizin etdiyiniz kimi deyil, hüququn önündə savaş aparacağam. Sizlərin aciz və nə qədər xaraktersiz olduğunuzu görürəm. Əxlaq və kişilikdən mərhum adamlarsınız. Sahiblərinizə unutmasınlar deyə bunu xatırlatmaq istəyirəm: Biz şərəfli insanlar ailəmizdə Atatürk prinsipləri ilə yaşayırıq. Biz şərəfli həyat yaşayırıq. Amma bu, sizdə yoxdur. Ulu öndər Atatürk belə deyər: Bilirmisiniz hüququn nədən müstəqil və şəffaf olmasını istəyirəm, çünki hüquq gələcəkdə hamımıza lazım. Hətta hüquqa sayğısı olmayanlara hüququn daha çox lazım olacağını əlbəttə, görəcəklər.

Sağlıqla qalın, Allahın salamatı üzərinizdə olsun

19.03.2020

Mübariz Qurbanoğlu

Leave a comment

Related Posts