Apr 7, 2020, 10:56 am
10 Users Online

Mübarizin həbsi Azərbaycana həqarətdir

İndi susmaq zamanı deyil!

Seyran Rəfiyev -Milli Şura üzvü, siyasi aktivist
Seyran Rəfiyev -Milli Şura və AND funksioneri

Mənim əziz və doğma xalqım, nə vaxtacan biz bəzi arxaik atalar sözlərinin reallaşmasına imkan verəcəyik?
Deyir “yel qayadan nə aparar?” Baxın, görürsüz, SOCAR ın yeli, LuKOİLin yeli, bu qayadan nəsə aparmaq istəyir. Amma elə eləyək ki, bu atalar sözü diri qalsın. Mubarizin həbs olunması “xalq üçün ağlayan kor qalar” məsəlinin reallaşması deməkdir.
Mübarizin həbs olunması Azərbaycanın bir dövlət olaraq, bir xalq olaraq, bir məmləkət olaraq sifətinə tərs şillə vurulması deməkdir. Mübarizin həbs olunması bütün azərbaycanlıların düz ürəyinə tuşlanmış bir güllədir. Susaq, susaq, qoy şillə dəysin, qoy ürəyimizə güllə dəysin, qoy kor olaq, kar olaq, amma bu atılan güllə məndən keçsə sənə dəyəcək, səndən keçsə qardaşıva dəyəcək, bunu unutmayaq, bunu anlayaq və dərk edək.
Bu gün Mübarizin həbs olunması anamıza, vətənimizə, yəni, ANA VƏTƏNİMİZƏ həqarətdir!!!.. Gəlin bu məsələdə çiyin-çiyinə, göz-gözə, üz-üzə dayanıb ləyaqət nümayış elətdirərək, vicdanımızın səsi ilə onun müdafiəsinə qalxaq.
Mən Mübarizin başına gələnləri bir insan olaraq qəbul edə bilmirəm, dəhşətə gəlirəm. Bu insanın Azərbaycan üçün, Azərbaycan xalqı üçün, elədiyi yaxşılıqların sayı hesabı yoxdur. Görün neçə-neçə azərbaycanlı tələbə təhsilsiz (təhsil haqqısız), neçə-neçə xəstə müalicəsiz (ödənişsiz), neçə insan ümidsiz qaldı.
Deyirlər ən son ölən ümiddir. Qoymayaq ümidimiz ölsün, qoymayaq ümidimiz olsün. Mübariz kimi vətənpərvər, qeyrətli oğulu mübarizə meydanında tək qoyan xalq, millət məhvə məhkumdur!
Susmayın!!!
Mübariz Mənsimova və bütün günahsız həbs olunmuş insanlara AZADLIQ tələb edirəm!

#freeMubariz
#freethemall

Leave a comment

Related Posts