Apr 7, 2020, 9:16 am
10 Users Online

Berlində qaçqın düşərgəsində koronavirus aşkarlandı

Əsasən azərbaycanlıların yaşadığı qaçqın düşərgəsi qapadıldı, düşərgədəkilər karantinə alındılar

Sosial şəbəkədə – Almaniyada yaşayan azərbaycanlılar qrupunda paylaşılan məlumatda bildirilir ki, Berlində azərbaycanlıların olduğu qaçqın düşərgəsində koronavirus aşkarlanıb. Koronavirus səbəbiylə bütün qaçqın düşərgəsi təxliyə edilib.
Belə ki, martın 16-da sığınacaqda olanlardan biri Covid-19 şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Laboratoriya araşdırmasından sonra koronavirus diaqnozu təsdiqlənib. Sığınacaqda təxminən 140 nəfər məskunlaşıbmış. (onlardan 15-i 5 yaşınadək uşaqlar olub). 20 nəfərin yaşı 60-dan yuxarıdır və onlar yüksək risk qrupu hesab olunaraq xəstəxanaya yerləşdiriliblər. Qalanları sığınacaqdan çıxarılıb və yaxınlıqdakı məktəblərin idman zallarında karantinə alınıblar. Qaçqınlar həkimlər tərəfindən müayinə edilir. Karantindəki qaçqınlar da həkimlərin nəzarəti altında olacaq. Əcnəbilərin əksəriyyətinin Azərbaycan vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, Almaniyada virusun qaçqın düşərgəsində də aşkarlandığı ilk haldır.
Bu arada Almaniya hökuməti sığınacaq istəyi rədd edilənlərin deportasiyasının təxirə salınmasına qərar verib. Yeni müraciət edənlərin qəbulu zamanı onlar məcburi 14 günlük karantinə yerləşdiriləcəklər. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 20 mindən çox insan ölkədən çıxarılıb. Almaniyada təkcə deportasiya mərkəzlərində 248 mindən çox insan var. Bunlar əsasən Mali, Nigeriya, Gürcüstan, Azərbaycan, Əfqanıstan və Ermənistan vətəndaşlarıdır.

Time TV

Leave a comment

Related Posts