Apr 7, 2020, 8:58 am
10 Users Online

Mübariz Mənsimovun azadlığı üçün nə etməli?

İki gün öncə Türkiyədə həbs olunmuş azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovla bağlı jurnalist Fikrət Hüseynli sosial şəbəkədə xüsusi yazı və təkliflərlə çıxış edib. Yazının maraqlılığını nəzərə alıb onu təqdim edirik.

Jurnalist Fikrət Hüseynli yazır:

Azərbaycan cəmiyyətinin mənfi cəhəti odur ki, ümumi maraqları demək olar ki, düşünmür. Əgər, bir xeyriyyəçidən ona bir xeyir gəlməyibsə, həmin xeyriyyəçi problemlə üzləşəndə ona dayaq durmur. Məhz bunun nəticəsidir ki, 90-cı illərin əvvəllərində Yelmar Məmmədov adlı iş adamı müəmmalı şəkildə öldürüldü. Daim orduya yardım edən keçmiş Sovetlər Birliyinin ilk rəsmi milyonçusu Cənnət Əliyev müflis edilib dəlixanaya salındı. Onlarla iş adamları Rusiyada, Türkiyədə, dünyanın müxtəlif yerlərində məhv edildilər. Çünki Kremlin Azərbaycanda idarə etdiyi sistem ancaq məmur burjasiyası üçündür. Milli burjaziyanın inkişafından qorxurlar. Buna görə hətta Telman İsmayılov kimi siyasətdən uzaq birinin başını yedilər. Çünki ətrafında formalaşmaqda olan azərbaycanlı iş adamları var idi. İndi növbə Mübariz Mənsimovundur.
Gəlin, dostluq və qardaşlıq laflarını qoyaq bir kənara. Sadəcə, Azərbaycan cəmiyyəti olaraq düşünək. Necə olur ki, Azərbaycanda türkiyəli iş adamları ən yüksək imtiyaza malikdirlər. Abdulbari Gozal bütün ölkənin qida sənayesinə nəzarət edir. Amma bir azərbaycanlı iş adamını Türkiyədə yüksəlməyə qoymurlar. Telman İsmayılovun sərvətini əlindən alıb müflis etdilər. İndi eyni qayda da Mübariz Mənsimovun əmlakına çökürlər. Mənim Mübarizlə heç bir şəxsi tanışlığım yoxdur. O Türkiyənin vergi qanunlarını pozsaydı, cəzalandırılmasını dəstəkləyərdim. Lakin hansısa bir FETÖ məsələsi bəhanə edib onu həbsə atıb mal-mülkünə çökmək artıq quldurluqdu. Mən azərbaycanlılara səslənirəm.
Onsuz da koronavirusa görə, əksəriyyət evdədir. 10 dəqiqə vaxtınızı ayırın. Twitterdə, facebookda Türkiyə prezidentinin, baş bakanının, baş savçılığının, iç işləri bakanlığının, dış işləri bakanlığının, ombudusmanın, Azərbaycandakı səfirliyinin səhifələrinə, messengerlərinə, paylaşımlarının şərh bölümlərinə free Mübariz Mənsimov, Mübariz Mənsimova özgürlük yazın, Mənsimovun şəkillərini paylaşın. Təpkinizi çatdırın. Türkiyədə az da olsa, demokratiya var. Türk dövləti bu etirazı duymalı və anlamalıdır ki, içində rüşvətə bulaşmış bir qrup hakim, savçı bu dövlətə inamı sarsıdır. Azərbaycan cəmiyyəti ilə dostluq-qardaşlıq bağlarını qopardır.
Paylaşın daha çox adam oxusun.

 

TİME TV

Leave a comment

Related Posts