Apr 7, 2020, 10:19 am
10 Users Online
Mübariz Mənsimov

Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılacaq

Rövnəq Abdullayev xeyriyyəçi iş adamının başına 5 milyard qoyub

Azərbaycan neftinin pulları ilə azərbaycanlıları məhv edirlər 

Dünən FETÖ soruşdurması adıyla həbs edilən Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov hələ də İstanbul Emniyyətindədir. O, FETÖ iddiaları ilə bağlı sorğu edilir. Dünən axşam saatlarında onun azadlığa buraxılacağı gözlənilsə də, bu baş tutmadı. Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və onun oğlu bu işlə bağlı Türkiyədə ciddi pul xərcləyirlər. Rövnəq Abdullayev Mübariz Mənsimov uzun müddətlə həbs ediləcəyi təqdirdə Türkiyəyə 5 milyard yatırım qoyulacağını bildirib. Yəni, Azərbaycan dövlətinin pulları ilə xaricdə azərbaycanlıları məhv edirlər. 
Bu gün bizə verilən məlumata görə, Mubariz Mansimov hazırda İstanbulda Vatan Emniyətindədir (polis idarəsi). Dindirilmə prosesi gedir. Yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq. 

16:10

Son məlumat:

Mübariz Mənsimov haqqında son məlumat

Türkiyədə koronavirusa görə, məhkəmə prosesləri bəlli olmayan vaxta qədər təxirə salınıb. Həmçinin Mənsimovun məhkəmə prosesi ləğv edilib. Mənsimov hazırda polis idarəsində saxlanılır. Səhhətində hələlik heç bir problem yoxdur və həkimlər nəzarət edir. Türkiyə qanunlarına görə, şübhəli şəxs polis idarəsində 4 gün və ya 96 saatdan artıq saxlanıla bilməz. Amma koronavirusa görə, dəyişə bilər. 


Time TV

Leave a comment

Related Posts