Apr 7, 2020, 9:24 am
12 Users Online

Avropa Birliyi sərhədləri bağladı

AB-ni tərk edə bilməyən Azərbaycan vətəndaşlarının nəzərinə!

Qeyri müəyyən müddətə başqa ölkə vətəndaşlarının Avropa Birliyinə girişi qadağan edildi

Avropa Birliyi pandemiya – koronavirusu lokallaşdırmaq üçün kəskin addım atdı. Bu gün verilən qərara əsasən Avropa Birliyinə qeyri ölkə vətəndaşlarının girişi qadağan edildi. Yəni, AB vətəndaşı olmayan şəxslər birlik ərazisinə girə bilməyəcəklər. Eyni zamanda uçuşlar dayandırıldığından AB ərazisində olan qeyri ölkə vətəndaşlarının da ölkələrinə geri dönmələri mümkünsüzdü. Bunu nəzərə alaraq, Avropa Birliyi ərazisində qalan və geri dönməsi müvəqqəti olaraq mümkünsüz olan Azərbaycan vətəndaşları üçün müəyyən informasiya vermək istəyirik.

Viza müddəti bitən və ya bitməyə az qalmış  və Azərbaycana geri dönə bilməyən Azərbaycan vətəndaşlarının nəzərinə:
Yaşamaq icazəsi və qısa müddətli viza haqqında  qanuna əsasən (paraqraf 6, 2-ci abzas – vizaların uzadılması) olduğunuz şəhərdəki miqrasiya idarəsinə yaxınlaşaraq aşağıdakı sənədləri təqdim etməklə AB ölkəsində qeyri-müəyyən vaxta qədər (ölkələrarası uçuşlar bərpa olunana kimi) müvəqqəti viza ala bilərsiniz

1. Ümumvətəndaşlıq pasportu

2. Geri uçuş üçün bilet aldığınız hava yolları şirkətindən Azərbaycana uçuşların olmaması və ya müvəqqəti dayandırılması ilə bağlı məktub. (Email vasitəsi ilə sorğunuza cavab ala bilərsiniz)

3. Dövlət rüsumu (qiyməti şəhərdən asılı olaraq, 10-125 avro arası dəyişir)

4. Müvəqqəti qalacağınız ünvanla bağlı otel rezervasiyası, yaxud ev ünvanı

5. Səyahət sığortası (İnternet üzərindən alın ki, ucuz olsun)

6. Bank hesabınızdan çıxarış da tələb oluna bilər. 

Time TV

Leave a comment

Related Posts