Apr 7, 2020, 10:35 am
8 Users Online

Rövnəq Abdullayev Mübariz Mənsimovu həbs etdirdi

İş adamını FETÖ-çu adıyla həbs edib, ev və ofislərində axtarışa başlayıblar

Rövnəq Abdullayev bu həbs üçün Türkiyəyə 5 milyard dollar yatırım vəd edib

Bu gün səhər saatlarında İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Palmali Şirkətlər Qrupunun təsisçisi, əslən azərbaycanlı olan iş adamı Mübariz Mənsimov Qurbanoğlu FETÖ istintaqı çərçivəsində tutulub. İstanbul Maliyyə Cinayətlərinə Qarşı Şöbə Müdirliyi tərəfindən tutulan məşhur iş adamına məxsus ev və ofislərdə axtarış aparılır. 
Qeyd edək ki, Mənsimovun həbsinin sifarişçisi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. Uzun müddətdir bunun üçün çalışan Abdullayevin Mənsimovun həbsinin qarşılığında Türkiyəyə əlavə 5 milyard dollar yatırım  qoyacağını söz verdiyi bildirilir. Eyni zamanda Türkiyədəki hakim dairələrdə də Mənsimovun əmlakını ələ keçirmək istəyən kifayət qədər acgöz məmur yığını var. 

Time TV

Leave a comment

Related Posts