Apr 7, 2020, 11:10 am
10 Users Online

Fuad Muradov da Füzuli Məmmədovu həbs etdiribmiş

Fuad Muradov Frenk Elkoponi kimi tanınan iş adamını bacısının dəfninə gedərkən Bakı aeroportunda həbs etdirib

Polad Bülbüloğlu iş adamının üstünə çeçen Adam Dəlimxanovun mafiyasını göndərib

İki il öncə aktiv diasporaçılıqla məşğul olan Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti kimi Avropada tədbirlərdə iştirak edən iş adamı (Frenk Elkoponi kimi də tanınır)  Füzuli Məmmədov bu yaxınlarda Azərbaycana səfər edərkən həbs edilib.

AMSTERDAM - AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TOPLANTISI - 2018-Cİ İL
AMSTERDAM – AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TOPLANTISI – 2018-Cİ İL

Bu barədə Avropa Azərbaycanlıları Konqresinə yaxın mənbədən məlumat almışıq.  Adının çəkilməsini istəməyən şəxs bildirir ki, Füzuli Məmmədov hələ bir müddət öncə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovla toqquşubmuş. Sahil Qasımov da Diaspora Komitəsinin sədri Fuad Muradova şikayət edibmiş. Qasımovla toqquşmadan sonra Avropa Azərbaycanlıları Konqresindən aralanan Füzuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqını gücləndirməyə qərar verir. Bunun üçün o, Moskvadakı məşhur Prezident otellə danışıb keçən il oktyabrın 9-na Rusiya Azərbaycanlıları İttifaqının qurultayını təyin edir. Biletlər alınır, qonaqlar dəvət edilir. Bu zaman tədbirdən xəbər tutan Diaspora Komitəsinin sədri Fuad Muradov xəbər göndərir ki, mən tədbirə icazə vermirəm. Rusiya və İtaliya vətəndaşlıqları olan Məmmədov da deyir ki, qonaqlar çağrılıb, zalın və otelin pulu ödənilib. Tədbiri dayandırmaq mümkünsüzdür.

 

POLAD BÜLBÜLOĞLUNUN ÇEÇEN MAFİYASI

Bundan sonra Muradov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna zəng edib. Ondan tədbirin ləğv olunması üçün yardım istəyib. Bülbüloğlu da Rusiya Dumasının üzvü, Çeçenistan Respublikasının başçısı Ramazan Kadırovun ağsaqqalı Adam Dəlimxanovdan xahiş edir ki, çeçen mafiyası Məmmədovu dayandırsın.

RAMZAN KADIROV VƏ ADAM DƏLİMXANOV
RAMZAN KADIROV VƏ ADAM DƏLİMXANOV

Dəlimxanov çeçen kriminal qruplaşmasına Məmmədovu dayandırmağı tapşırır. Füzuli Məmmədovla danışıq aparılır və deyilir ki, belə bir tədbir olmayacaq. Olsa, o və qonaqları ya qaçırılacaq, ya da öldürüləcək. Təhdidin ciddiliyini anlayan Məmmədov tədbiri təxirə salır. Bununla münaqişə sakitləşir. 

MƏMMƏDOV BAKIYA – BACISININ YASINA BURAXILMAYIB

Lakin bu yaxınlarda Füzuli Məmmədova qarşı daha bir addım atılır. O Azərbaycana bacısının yas mərasiminə gələrkən Bakıda hava limanındaca həbs edilir. On saat istintaq edilən iş adamına bacısının dəfnində iştiraka icazə verilmir. O, ilk təyyarə ilə geri qaytarılır. Bundan əsəbləşən iş adamı Avropaya dönüb onun haqqında təxribat məlumatları yayan Sahil Qasımovla münasibətlərini aydınlaşdırmaq istəyir. Lakin koronavirusa görə İtaliyada karantin vəziyyəti onun Avropaya dönməsinə hələ ki, maneçilik yaradır. 

Zəruri qeyd: Məqalədə adları çəkilən şəxslər mövqelərini timetv1000@gmail.com vasitəsilə bildirsələr, onu da dərc edəcəyik. 

Time TV

Leave a comment

Related Posts