Aug 8, 2020, 11:06 pm
3 Users Online

Səttar Mehbalıyevin başı dərddə

Əli Həsənova görə, qudasının da biznes imperiyası yoxlanılır

Prezidentin sabiq köməkçisi Əli Həsənovun qızının qayınatası, yəni, qudası Səttar Mehbalıyevin biznesində ciddi problemlər yaranmaqdadır. 20 ildən çoxdur ki, həm Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına rəhbərlik edən, eyni zamanda deputat maaşı alan Mehbalıyevin böyük biznes şəbəkəsi var. Oğlu Daxili İşlər Nazirliyi sistemində vəzifə tutur. Bir sözlə, Mehbalıyev ölkənin sərvətlərini özününküləşdirən qruplardan birinin rəhbəridir. İndiyə qədər rahat sərvət toplayan qruplaşma rəhbəri isə bu günlərdə hakim ailənin qara siyahısına düşüb. Məlum olub ki, Mehbalıyev də qudası Əli Həsənov kimi şirkətlərinin əsas hesabını Paşa Bankda yox, digər banklarda açıb. Paşa Bankda hesab açmamaq Azərbaycanda o deməkdir ki, həmin qruplaşma Paşayevlər klanına “haqq” vermək istəmir və gəlirlərini gizlədir. Hakimiyyətdə bu bağışlanmaz səhv hesab olunur. Əli Həsənovun başı həm də buna görə dərdə girdi. Araşdırmalar zamanı məlum oldu ki, Kaspi Təhsil Mərkəzinin bank hesabları başqa bankda açılıb. Mərkəzin istintaqa cəlb edilən rəhbərliyi etiraf etdi ki, məhz Paşayevlərə “haqq” verməmək üçün Paşa Bankda hesab açmayıblar. Bunu da Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın tapşırığıyla etdiklərini dedilər. Nəticədə Əli Həsənov bu səhvinə görə qara siyahıya düşdü. İndi də eyni məsələlər Səttar Mehbalıyevin biznez imperiyasında aşkarlanıb. Onun da Əli Həsənov kimi Paşa Bankda hesabları olmadığı aydınlaşıb. Hazırda millət vəkili mandatını itirməkdə olan Mehbalıyevin biznes şəbəkəsilə bağlı vergi və prokurorluq qurumları, Dövlət Təhlükəsizlik Xidməti ciddi araşdırma aparır. Güman ki, seçkidən sonra Mehbalıyevin biznes şəbəkəsinin böyük hissəsi əlindən alınacaq. 
Prezidentin sabuq köməkçisi Əli Həsənovun isə şəbəkəsi əlindən alınır. Bu günlərdə Həsənov ailəsi tam şəkildə “Xəzər“ Tele-Radio Şirkətindən imtina sənədlərinə imza atdılar. İndi növbə digər şirkətlərin idi. Qeyd edək ki, bir müddət əvvəl mediada Həsənov ailəsinin buznes imperiyasının siyahısı dərc edilmişdi.

Əli Həsənovun ailə üzvlərinin nəzarətində olan biznes qurumlarının siyahısı:

Araz Teleradio MMC – Faktiki rəhbərliyi Şamxal Həsənli həyata keçirir. Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır, 17 fevral, 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Kərimov Etiram Kərim oğlu, təsisçilər: “GOLDEN PRİNCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, KƏRİMOV ETİRAM KƏRİM OĞ LU

Golden Prince MMC – Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır;  4 Sentyabr, 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: GHOUCHKHANİ SİROUSE XXX , VƏLİYEV AZƏR KALAM OĞLU

Kaspi Education MMC –  Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır;  18 may, 2012-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi Global MMC –  Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır;  27 iyul 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Həsənli Şamxal Əli oğlu

Kaspi Tibb Mərkəzi (Xətai estetik klinikası və aptek daxildir)  –  Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 28.09.2007 Qanuni təmsilçi: Kərimov Etiram Kərim oğlu. Təsisçilərin adı bəlli deyil.

“Mətbuat Evi” MMC  – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 1.09.2010.  Qanuni təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi – EC  –  Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 12.01.2009.  Qanuni təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi Co mənzil tikinti kooperativi – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 17.12.2008.  Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: Vəliyeva Sona Məhəmməd qızı, Vəliyeva Maisə Polad qızı, Həsənova Səfiyə Qafar qızı, Vəliyev Azər Kalam oğlu, Həsənli Şamxal Əli oğlu.

Kaspi-Az –   Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 04.12.2008.  Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçi: Vəliyev Azər Kalam oğlu.

Beynəlxalq Mətbuat Mərkəzi – 2003-2010-cu illərdə Fikrət Əmirov küç, 1 ünvanında fəaliyyət göstərib. Direktoru Vəliyev Azər Kalam oğludur.

“Kaspi Mətbuat Yayımı” MMC – Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 01.03.2004.  Qanuni təmsilçi: Salmanov Süleyman Əli oğlu. Təsisçi: Bəlli deyil.

“Kaspi” qəzeti – təsisçisi Sona Vəliyevadır.

Bundan əlavə, Həsənovlar ailəsinin Türkiyədə də biznesi var. Əli Həsənovun oğlu

KASPİ GLOBAL TURİZM İNŞAAT TAŞIMACILIK İTHALAT İHRACAT LİMİTED ŞİRKƏTİ şirkətinin 99%-lik sahibidir. Şirkət Türkiyədə göydələnlər də daxil olmaqla yaşayış binaları tikmək üçün lisenziya sahibidir.

 

Time TV

Leave a comment

Related Posts