Aug 8, 2020, 11:39 pm
6 Users Online

Nərminin qatili, yoxsa rəisin “qurbanlıq qoyunu”?

Rayon polis rəisinin xan kimi sarayı var 

Ötən il noyabrın 21-də 10 yaşlı Tovuz rayon sakini Nərmin Quliyeva  itkin düşmüşdü. Azyaşlının atası Şərif Quliyev saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və o, əmisinin evindən çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb. Ailə uşağı heç yerdə tapa bilməyəndən sonra polisə müraciət edib. Azyaşlının meyiti yanvar ayının 6-da axşam saatlarında tapılıb. Meyit yandırılıb və tanınmaz vəziyyətə salınıb. 50 gün ərzində bir kənddə bir itkini tapa bilməyən rayon polisi məsələ ictimailəşəndən sonra bəzi addımlar atmağa məcbur oldu. İki gün öncə İlkin adlı ruhi xəstə həbs edilərək bu zorakılıq və qətli onun törətdiyi bildirildi.

Nərmin və qatili kimi həbs edilən İlkin
Nərmin və qatili kimi həbs edilən İlkin

Amma bir çoxları bu fikirdədir ki, polis işi bağlamaq üçün belə bir addım atıb. Çünki ortada orqan alverçiləri, adam oğrusu mafiyası söhbəti var. Polisin indiki durumu isə belə mafiyalara qarşı mübarizə aparacağının inandırıcı olmadığını ortaya qoyur. 
Həbs edilən İlkin adlı şəxsin isə Tovuz rayon Polis İdarəsinin rəisi Şirzad Əsgərovun “qurbanlıq qoyunu” olduğu bildirilir.
Bununla bağlı sosial şəbəkədə jurnalist Həbib Müntəzir yazıb: 

—  50 gün ərzində yandırılaraq öldürülən 10 yaşlı Nərminin qatilini tapa bilməyən, səriştəsiz, bacarıqsız Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovun dəbdəbəli malikanəsidir. Bu villa Gəncə şəhərində, Əziz Əliyev küçəsində, “İdeal” və “Firuzə” şadlıq saraylarının yaxınlığında ucaldılıb. İndi siz deyin, başı xalqı soyaraq villa, malikanə tikdirməyə qarışan adamın, hansısa peşəkar qatili tapmağa fərasəti, bacarığı, vaxtı olarmı? İlham Əliyev 2012-ci ildə bu zatı “Vətən Uğrunda” medalı ilə təltif edib. Elə medal aldığına görə də, ölkəbaşı məsələni üzərinə götürdü deyə, onu aldatmaq, saxta bir qatil tapıb, işi ört-basdır etmək lazım idi, onu da etdi. Paylaşaq, ictimailəşsin bu cür bacarıqsız, xalqı talayan rüşvətxorlar.

Time TV

Leave a comment

Related Posts