Aug 8, 2020, 11:49 pm
4 Users Online

Əli Həsənovun saytları bağlanır

Sabiq köməkçi itirə-itirə gedir

Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənov bu günlərdə Xəzər Televiziya və Radio Verilişləri Şirkətinin prezidentliyindən rəsmən çıxarıldı. Bir ay öncə isə onu Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları həmin şirkətdən döyərək uzaqlaşdırmışdılar.

Şamxal Həsənov
Şamxal Həsənov

İndi isə rəsmi şəkildə işdən kənarlaşdırıldı. Həsənov ailəsinə məxsus digər şirkətlərdə yoxlama gedir. Onun vaxtilə maliyyələşdirdiyi onlarla saytlar isə artıq pulsuzluqdan bağlanır. Bu gün isə Turan İnformasiya Agentliyi maraqlı bir məlumat yayıb. 
 Məlumatda bildirilir: “Azərbaycan xəbərləri” saytı dekabrın 31-dən sonra materialları yeniləmir və redaksiya telefonlara cavab vermir. Qeyri-rəsmi məlumatlara görə, bütün əməkdaşlar işdən çıxarılıb, daha doğrusu başqa bir media-resursa işə keçiblər. Məlumatlı mənbələrə görə, səbəb bu resursun dövlət başçısının keçmiş köməkçisi Əli Həsənova məxsus olmasıdır. Noyabr ayında vəzifəsindən uzaqlaşdırılan Ə.Həsənov bundan sonra öz aktivlərini bir- birinin ardınca itirir. Bunların arasında ən böyük itki “Xəzər” telekanalıdır. Görünür, bu, onun son itkisi olmayacaq.

Time TV

Leave a comment

Related Posts