Almaniyada yaşayan siyasi aktivist Emil Cəfərov Amerikada yaşayan ANS CM-in keçmiş aparıcısı İsmayıl (İsmail) Cəlilovu facebookda ara pozuculuqda günahlandırıb. Eyni zamanda onun ABŞ-a qeyri ənənəvi yolla evlənərək getdiyinə işarə vurub. Aktivist yazıb:
– Təbii ki, rəhmətlik Kolumbun dövründə Amerika uzaq ola bilərdi. Amma Kolumbun kəşf etdiyi Amerikada yaşayan İsmayıl Cəlilov adlı Azərbaycandan ailə quraraq ora getmiş bir şəxsin dövründə USA NASA-dan da yaxındı bizə. O qədər yaxındır ki, məsələn, bilirik, USA-da ər çörəyi ilə dolanmaq, kişinin evə gətirdiyi çörəklə yaşamaq mümkünsüzdür. Hörmətli İsmayıl Cəlilov da görür ki, ər evə çörək gətirmir, kişisinin qazancı ona bəs etmir qollarını çırmayıb tərcüməçi obrazında bir USA şirkətinə işə düzəlir. O şirkətin də müştəriləri arasında Dövlət Departamenti olur. İsmayıl da bundan istifadə edib özünü reklam edir ki, bəs USA-nın Dövlət Departamentində çalışıram. Dərhal Azərbaycanın işbaz səfiri Elin Süleymanov onunla əlaqə qurur. Bu əlaqələr USA-dakı aktiv azərbaycanlıların şəxsi həyatlarına burun soxmağa qədər gedir çıxır. İsmayıl da dostlaşır Elinlə və USA-da bəzi azərbaycanlıların Azərbaycana hətta vizasız gedib-gəlməsinə səbəb olur. Belə deyək, ər çörəyinə olmasa da, səfir çörəyinə əli çatır. Sonralar USA-dakı bir dostun vasitəsilə Freedom House işə düzəlir. Heç bir il tamam olmamış o işdən müəmmalı şəkildə uzaqlaşdırılır. Ondan sonra tövsiyyələrə uyğun olaraq dönüb olur bloqqer-jurnalist. Nə etməlidir axı? Çətindir USA-da işsiz, gücsüz, evə qazanc gətirməyən ərlə dözüb yaşamaq. Zərif çiyinlər yaşamaq üçün mütləq bir yükün altına girməlidir. Ağır da olsa. Görəsən, çox ağır deyil ki, ay İsmayıl?)
Bundan sonra isə İsmayıl Cəlilov facebookda canlı yayım açaraq şəxsi həyatını gizlətmədiyini, həqiqətən həmcinsilə evlənərək ABŞ-a köçdüyünü bildirib. O, eyni zamanda bu yazının arxasında jurnalist Sevinc Osmanqızının durduğu haqda da iddia irəli sürüb. Eyni zamanda Emil Cəfərovu Almaniyada yaşayaraq nifrət yaymaq da ittiham edib.
Məlumat üçün bildirək ki, İsmayıl Cəlilov Azərbaycanda da qeyri-cinsi orentasiyaya malik olduğunu gizlətməyib. Bu cür adamlarla dostluğu barədə də açıq şəkillər paylaşıb. Onun son aylar isə davamlı müsahiblərindən biri Azərbaycanın Nederlanddakı kobsulluğunda çalışmış əməkdaşı Nahid Cəfərov, digəri isə REAL partiyasının funksioneri Natiq Cəfərovdu. İsmayıl Cəlilov bu şəxslərlə birlikdə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şuranı özünə hücum hədəfi seçib.
Hüseyn Qarabağlı