Categories
Uncategorized

Binənin 3 min kvadratmetri kül olub

  1. Bütün mallar yanıb, 200 sahibkar və ticarətçi müflis olub

Time TV olaraq bir neçə saat öncə Binə Ticarət Mərkəzində yanğın olduğunu bildirmişdik. Qeyd etmişdik ki, yanğın gecə saat 24:00 radələrində başlayıb və güclü olduğundan lokallaşdırmaq mümkün olmayıb. Səhər saatlarında hadisə yerindən sahibkarlardan məlumat almışıq. Onlar bildirirlər ki, 3 min kvadratmetrdən çox ərazi yanıb kül olub. Demək olar ki, heç bir malı xilas edə bilməyiblər. 200-dən çox sahibkar, ticarətçi müflis olub. Hətta bəziləri gecə ilə intihara cəhd edib. Təəssüf ki, malları sığorta edilmədiyindən sahibkarlara heç kəs kömək etməyəcək.

Olay yerindən yeni şəkilləri təqdim edirik.

R. Manafov

Leave a Reply

Your email address will not be published.