Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq “Düdelanj” (Lüksemburq) — “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Timetv xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Jozi Bartel” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, sabah baş tutacaq “Düdelanj” — “Qarabağ” matçına saat 23:00-da start veriləcək.