Рубрики
Без категории

Bakıda toqquşma (videolar)

 

Qarabağ əlilləri yolu kəsdi, reportaj hazırlayan jurnalist döyüldü

Azərbaycanın paytaxtı Bakı şəhərində bu səhər Qarabağ müharibəsi veteranları evlərinin sökülməsinə etiraz edərək aksiya keçiriblər. Xatırladaq ki, Qarabağ müharibəsi veteranları Abşeron yarımadasının müxtəlif yerlərində evlər tikiblər. Dövlət Neft Şirkəti isə həmin torpaqların onlara aid olduğunu bildirərək ARDNŞ-in Mühafizə Xidmətinin əməkdaşları vasitəsilə evləri sökdürməyə çalışır. İki gün öncə də eyni cəhd olunmuşdu və veteran və əlillərlə Mühafizə Xidmətinin əməkdaşları toqquşmuşdular. Bu gün isə müharibə əlilləri və veteranları problemə diqqəti çəkmək üçün yolu kəsiblər. Mühafizə Xidmətinin əməkdaşları isə qəddarlıq edərək aksiyanı dağıdıb, ordan canlı yayım edən jurnalist Nurlan Libreni vəhşicəsinə döyüblər.

Qeyd edək ki, iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli facebook səhifəsində bununla bağlı etdiyi paylaşımda bildirir ki, SOCAR-ın iddiası doğru deyil. Çünki Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda torpağın üç sahibi ola bilər — dövlət, şəxsi və xüsusi mülkiyyət. SOCAR neft çıxardığı torpaqları yararlı vəziyyətə gətirib dövlətə qaytarmalıdır. Yəni, SOCAR-ın xüsusi mülkiyyətində olan torpaq yoxdur.

Rüfət Manafov

Добавить комментарий

Ваш адрес email не будет опубликован.