Categories
Uncategorized

Jurnalist deputata ləyaqətsiz dedi

Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat Rəfael Cəbrayılovu  ləyaqətsizlikdə ittiham edib. Jurnalist deputata xitab edərək deyib:

 

Hakimiyyət Rəfael Cəbrayılovu sonuncu dəfə 9 saylı Binəqədi ikinci seçki dairəsinin seçiciləri adından parlamentə dürtüb. O da həmişə utanmaz-utanmaz parlamentdə 40 mindən artıq seçicini təmsil etdiyini bildirib.
Amma məlum olur ki, səsi oğurlanan 40 MİNDƏN ARTIQ SEÇİCİ ADINDAN VERİLMİŞ “ETİMAD” VƏSİQƏSİNİ də tamahı ucbatından götürdüyü borcun yerinə girov qoyub. Adam hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüymüş. Hüququn “h’ hərfindən belə xəbəri yoxdur.
Bu dünya parlametlərinin tarixinə ən biabırçı olaylardan biri kimi düşəcək. Parlamentarizm ənənələrini 40 min insanın səsini oğurlamaq bir yana, bir də bir nadürüstün onu şəxsi məqsədləri üçün girov qoyması qədər murdarlayıblar. Biz indiyədək bunların biznes fəaliyyətindən ona görə yazmışıq ki, belələri heç vaxt xalqı təmsil edə bilməzlər, bu insanlar mənfəətləri üçün mandatlarını, dövlətini, ölkəsinin maraqlarını satacaqlar. Bu adamların xarici ölkələrdəki biznesləri naminə o ölkələrin maraqlarının girovuna çevrilməyəcəyinə kim zəmanət verə bilər?
RƏFAEL CƏBRAYILOVUN LƏYAQƏTİ OLSAYDI BU BİABIRÇILIĞA GÖRƏ İSTEFA VERƏRDİ.
Əlbəttə olsaydı.

Cavanşır Həsənli

Leave a Reply

Your email address will not be published.