Categories
Uncategorized

General Qiyası “verbovka” etdiribmi?

Keçmiş siyasi məhbusun Bakı polisinin rəhbərliyi tərəfindən “verbovka” olunduğu iddia olunur

 

Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazdığına görə həbs edilmiş Qiyasəddin İbrahimovun həbsdəykən polis tərəfindən “verbovka” olunduğu haqqında iddialar səslənir. Bununla bağlı sosial şəbəkədə aktivist Məhəmməd Mirzəli geniş yazı paylaşıb. Yazını olduğu kimi təqdim edirik:

 

Heydər Əliyevin heykəlini yazan evdar solçu DİN BMCMİ -də necə sındırıldı?

Qiyasa Qoraddeldə işgəncə verilən zaman ona qarşı alçaldıcı hərəkətlər edilərək videoya çəkilib. Qiyasa üzdə olan işgəncə verən şəxs, hansı ki, adı mətbuatda keçib Əlaslan Ağayevdir. Ağayevdən sonra Qiyası əməkdaşlığa cəlb etmək üçün polkovnik Göyüşün otağına aparıblar. Göyüşün otağında isə Ruslan və Rəşad adlı digər iki polis olub. Ruslanla Göyüş Qiyasa müxtəlif formada işgəncə verib, onun videosunu çəkiblər. Göyüş yerə tüpürərək Qiyasa yalatdırıb. Təbii ki, bu qeyri-insani hərəkətlərdən Azərbaycanda heç kəs sığortalanmayıb, hamının başına gələ bilər. İnsan bu kimi işgəncə faktları ilə sınmır. İnsanı sındıran ona işgəncə verənlərə xidmət etməsidir. Qiyas həbsdən çıxdıqdan sonra kənara çəkilib indi etdiyi çirkinliklərdən imtina edə bilərdi. Amma etmədi .Hazırda Göyüşdən birbaşa aldığı təlimatlarla müxalifətə qarşı şər- böhtan kampaniyası aparır. Təsəvvür edin bu adamın son bir həftədə yazığı statusların 90% ölkədə daima təzyiq altında olan, həbs olunan müxalifət qurumlarına qarşıdır. Açıq formada söyüş belə söyür. Təbii ki, daima intelektual görünmək istəyən, müxalifəti savadsız, söyüşkən kimi təqdim edən Qiyasın özünə qalsa bu işi söyüşlə etməz, bilir ki, kənardan çox çirkin görsənir. Amma rayonda danalarını satıb gəlib polis olan Göyüşkimilər qiyası bu rikorikaya da keçməyə məcbur edir. Bir xatırlatma edək. Bir neçə gün öncə DYP əməkdaşını söyən vətəndaş kamera qarşısına çıxarılaraq “polisə söydüklərim mənə gəlsin dedizdirilid” Bu sırf Azərbaycan polisinin dəst-xəttidir. Ondan hamıya qarşı istifadə edirlər. Qiyasın yazdığı postlara dəstək verənlər içərisində Qurban Məmməduvun idarə etdiyi 3-5 nəfər də var. Bu adamlar Ölkənin müxalifət liderlərini belə açıq söyəndə Qiyas onların söyüşlərini profilində saxlayıb silmir. Mənim şərhlərimi də silmirdi. Amma bu gün bir şərhimi sildi. Həmin şərhdə mən Qiyasa Qoraddeldə kuratorluq edən Göyüşün adını çəkib Qiyası deyirdim ki, sən onunla əməkdaşlıq edirsən. Cənab evdar solçu, Azərbaycan çox balacadır. Hamı bir-birini çox gözəl tanıyır, bunu unutma. Yerin də qulağı var, bizə də məlumat verənlər var.Belə də ki, unuda da bilərsən. Onsuz da sənin kim olduğun artıq ortadadır.

Xəbər dəqiqdir

Time TV

 

 

Leave a Reply

Your email address will not be published.