BAKIDA JURNALİSTİ DÖYDÜLƏR

Dünən Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış AXCP fəalı Ruslan Əmirlinin bu gün məhkəməsi olub. Məhkəmə prosesini izləmək istəyən jurnalistlər polis zorakılığı ilə üzləşib. Jurnalistlər Nurlan Libre, Fatimə Mövlanlı, Təzəxan Mirələmli və digərləri ciddi təzyiqə məruz qalıblar. Onları kiçik bir çayxanaya salmağa çalışıblar. Buna etiraz edən “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli polislər tərəfindən yumruqla vurulub, yerə yıxılıb və təhqirə məruz qalıb.

AXCP fəalı Ruslan Əmirliyə isə 30 gün inzibati həbs cəzası verilib.

 

 

 

İnformasiya Departament

Leave a comment

Related Posts